...

Rusiya ATƏT-in himayəsi altında aparılan Dağlıq Qarabağ üzrə danışıqlar prosesini dəstəkləyir - RF-nin BMT-dəki daimi nümayəndəsi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Mart 2009 14:28 (UTC +04:00)
Rusiya ATƏT-in himayəsi altında aparılan Dağlıq Qarabağ üzrə danışıqlar prosesini dəstəkləyir - RF-nin BMT-dəki daimi nümayəndəsi

Rusiya, Moskva, 30 mart / Trend , müxbir R.Ağayev /

"Rusiya ATƏT-in himayəsi altında aparılan Dağlıq Qarabağ üzrə danışıqlar prosesini dəstəkləyir", - RF-nin BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin deyib.

"Biz ATƏT-in himayəsi altında aparılan Dağlıq Qarabağ üzrə danışıqlar prosesini dəstəkləyirik", - bazar ertəsi Trend -a Çurkin bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb.  1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub.

1994 - cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər вə о вaхtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa вə ABŞ - ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır. 

"Müəyyən danışıq formatları mövcuddur. Biz hesab edirik ki, razılaşmaya nail olmağın yeganə yolu bu danışıq formatları çərçivəsində fəal fəaliyyət göstərməkdir", - Çurkin bildirib.

Onun sözlərinə görə, Rusiya Qarabağ münaqişəsinin tənzimlənməsinin tərəfdarıdır. Bunun üçün isə ATƏT lazımi səylər göstərir və müvafiq formatlara məxsusdur.

"Onlara Rusiya da daxil olmaqla, bir çox ölkələrin diqqəti yönəldilib və bu formatda danışıqlar aparılmalıdır", - Çurkin deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti