...

Azərbaycan tərəfinə könüllü əsir düşmüş erməni hərbçiləri onlara əziyyət verildiyini bildiriblər – Müdafiə Nazirliyi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 İyun 2009 16:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 iyun / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan tərəfinə əsir düşmüş erməni hərbçiləri Dağlıq Qarabağda onlara əziyyət verildiyini bildiriblər, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu bazar ertəsi Trend -a bildirib.

"Onlar işgəncələrə dözməyərək sərhədi keçməyə məcbur olduqlarını deyiblər", - Sabiroğlu vurğulayıb.

Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində, Goranboy rayonu ərazisində, Ermənistan Ordusunun əsgərləri - 1991-ci il təvəllüdlü Harutunyan Ohan Vadinagiyeviç və 1991-ci il təvəllüdlü Tomosyan Gevorq Serjikoviç mayın 31-də saat 13.00 radələrində Azərbaycan tərəfinə keçiblər.

Ermənistan Müdafiə Nazirliyinin tabeliyində olan 38862 saylı hərbi hissənin 7-ci dağ atıcı alayının təlim bölüyünün əsgərləri Harutunyan Ohan Vadinagiyeviç və Tomasyan Gevorq Serjikoviç ilkin söhbət zamanı Ermənistan Ordusundakı dözülməz şəraitdən və işgəncələrdən şikayətləniblər və Azərbaycan tərəfinə də bu səbəbdən keçdiklərini deyiblər.

Bundan əlavə fevralın sonunda ermənilərin daha 3 hərbçisi - Qrant Markosyan, Artur Vartevyan və Alik Tevosyan Ağdamın Evcidüzü ərazisində könüllü olaraq Azərbaycan tərəfinə əsir düşüb.

Azərbaycanın isə Ermənistanda 2 əsiri var.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub.1994-cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о vaхtdan  ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya,  Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti