...

Ermənistanda Qarabağ məsələsi üzrə əhval-ruhiyyə əhəmiyyətli dərəcədə yaxşılaşıb – Minsk qrupunun amerikalı həmsədri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 İyul 2009 15:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyul / Trend , müxbir E.Tariverdiyeva /

Ermənistanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair əhval-ruhiyyə əhəmiyyətli dərəcədə yaxşılaşıb. Bu barədə cümə axşamı ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza bir gün əvvəl Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar apardıqları Yerevandan Bakıya gəldikdən sonra bildirib.

"Hesab edirəm ki, bu danışıqlar bəzi irəliləyişlərə gətirib çıxaracaq. Ümid edirəm ki, ABŞ, Fransa və Rusiya danışıqlardakı irəliləyişlərə dair öz rəylərini G8-də bildirəcəklər", - deyə Brayza bildirib.

Rusiya, ABŞ və Fransa liderləri Akvildə "böyük səkkizlər" sammitində Dağlıq Qarabağa dair bəyanat qəbul edə bilərlər. Bu barədə RF Prezidentinin köməkçisi Arkadi Dvorkoviç jurnalistlərlə görüşündə bildirib. Məlumatı RİA Novosti yayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Brayzanın sözlərinə əsasən, Azərbaycan Prezidentinin bəyanatı münaqişənin həlli üzrə "çərçivə sənədinin" hazırlanması üçün gözəl zəmin yaradır. "Biz bəzi bəndlərini Ermənistan tərəfini qane etməyən "çərçivə sənədi"ni hazırlamışıq. Lakin onların razılaşdığı bəndlər də mövcuddur", - deyə həmsədr qeyd edib.

Brayza hesab edir ki, Qarabağ münaqişəsinin nizamlanmasında müşahidə edilən irəliləyişlər Azərbaycan və Ermənistan prezidentlərinin və hər iki xarici işlər nazirinin öz işlərinə çox ciddi yanaşmasına sübutdur. Hər bir ölkə bu münaqişənin sülh yolu ilə həllini istəyir.

"Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti danışıqlar Moskvada keçiriləcək", - deyə o bildirib.

"Yerevanda çox konstruktiv danışıqlar keçirilib və biz növbəti dəfə irəliləyişin əldə olunmasına imkan yaradacaq bu xarakterli danışıqların Bakıda da keçirilməsinə ümid edirik", - deyə fransalı həmsədr Bernar Fasye jurnalistlərə müsahibəsində bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti