...

Türkiyə heç zaman Azərbaycanın maraqlarına qarşı çıxmayacaq - səfir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Sentyabr 2009 12:26 (UTC +04:00)
Türkiyə heç zaman Azərbaycanın maraqlarına qarşı addım atmayacaq, Trend News-un məlumatına görə, bu barədə jurnalistlərə Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu tərəfindən Bakının işğaldan azad edilməsinin 91-ci ildönümü ilə bağlı keçirilən anım mərasimindən sonra Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıc deyib.
Türkiyə heç zaman Azərbaycanın maraqlarına qarşı çıxmayacaq - səfir

Azərbaycan, Bakı, 15 sentyabr / Trend , müxbir K.Zərbalıyeva / 

Türkiyə heç zaman Azərbaycanın maraqlarına qarşı addım atmayacaq, Trend -un məlumatına görə, bu barədə jurnalistlərə Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu tərəfindən Bakının işğaldan azad edilməsinin 91-ci ildönümü ilə bağlı keçirilən anım mərasimindən sonra Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıc deyib.

"Azərbaycanın Türkiyəyə güvənməsini gözləyirik. Dağlıq Qarabağ problemi  Azərbaycanın maraqları çərçivəsində həll ediləcək", - səfir əlavə edib.

Trend -un arayışı: 1918-ci il sentyabrın 15-də Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu Bakını işğaldan azad edib. 8 minlik ordu Bakını erməni daşnaklarından təmizləyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Səfir deyib ki, Türkiyə və Azərbaycan ən ağır zamanlarında hər zaman bir-birinə dəstək olub.

"Bizim qardaşlığımız əbədidir", - səfir əlavə edib.

Xəbər lenti

Xəbər lenti