...

Tərəflər Dağlıq Qarabağ münaqişəsi üzrə mövqelərinı yaxınlaşdırmağa nail olub - ATƏT-in MQ-nun rusiyalı həmsədri (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Oktyabr 2009 01:50 (UTC +04:00)
Tərəflər Dağlıq Qarabağ münaqişəsi üzrə mövqelərinı yaxınlaşdırmağa nail olub, ATƏT-in MQ-nun rusiyalı həmsədri Yuri Merzlyakov bu gün Kişinyovda Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsi üzrə il yarım ərzində sayca yeddinci görüşünü yekunları üzrə bəyanatında bildirib.
Tərəflər Dağlıq Qarabağ münaqişəsi üzrə mövqelərinı yaxınlaşdırmağa nail olub - ATƏT-in MQ-nun rusiyalı həmsədri (ƏLAVƏ OLUNUB)

RED: İkinci abzasdan sonra təfərrüatlar əlavə olunub.

Moldova, Kişinyov,  8 oktyabr / Trend , xüsusi müxbir Y.Kudinova /

Tərəflər Dağlıq Qarabağ münaqişəsi üzrə mövqelərinı yaxınlaşdırmağa nail olub, ATƏT-in MQ-nun rusiyalı həmsədri Yuri Merzlyakov bu gün Kişinyovda Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsi üzrə il yarım ərzində sayca yeddinci görüşünün yekunları üzrə bəyanatında bildirib.

Merzlyakovun sözlərinə görə, Azərbaycan və Ermənistan Prezidentləri yenidən görüşmək istəklərini bəyan ediblər.

"Prezidentlər öz Xarici İşlər Nazirliklərinə növbəti görüşünü hazırlamağı tapşırıblar, görüşün yeri və vaxtı tezliklə məlum olacaq", - deyib Merzlyakov.

Onun sözlərinə görə, prezidentlərin bugünkü görüşündə əvvəllər anlaşma əldə olunmamış məsələlər müzakirə olunurdu.

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın iyulun 17-18-də Moskvada keçirilən sonuncu görüşü son il ərzində altıncı görüş olub. Prezidentlərin əvvəlki danışıqları iyunun 4-də Sankt-Peterburqda baş tutub. Həmin görüş Qarabağ münaqişənin nizamlanması üzrə prezidentlər arasında yüksək səviyyədə keçirilən beşinci görüş olub. Ondan əvvəlki görüş mayın 7-də Praqada keçirilib. İlk danışıqlar ötən ilin iyun ayında Sankt-Peterburqda, ikinci görüş 2008-ci ilin noyabr ayının sonunda Moskvada, üçüncü görüş isə Çürixdə bu ilin yanvar ayının 28-də baş tutub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti