...

Hazırkı vəziyyət Dağlıq Qarabağ prosesində münaqişə başlanan andan ən müsbət məqamdır - britaniyalı ekspert

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Noyabr 2009 13:53 (UTC +04:00)
Hazırkı vəziyyət Dağlıq Qarabağ prosesində münaqişə başlanan andan ən müsbət məqamdır, Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (Böyük Britaniya) baş əməkdaşı Oksana Antonenko belə hesab edir.
Hazırkı vəziyyət Dağlıq Qarabağ prosesində münaqişə başlanan andan ən müsbət məqamdır - britaniyalı ekspert

Azərbaycan, Bakı, 20 noyabr / Trend , müxbir E.Ostapenko /

Hazırkı vəziyyət Dağlıq Qarabağ prosesində münaqişə başlanan andan ən müsbət məqamdır, Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (Böyük Britaniya) baş əməkdaşı Oksana Antonenko belə hesab edir.

Ekspert hesab edir ki, buna sübut Azərbaycan və Ermənistan pezidentlərinin son zamanlar intensivləşən görüşləridir.

Gürcüstanda münaqişənin həll edilməsi şansları çox dolaşıq olduğu halda, Dağlıq Qarabağ prosesində hazırda həll yolunda aşkar irəliləyiş görünür, Antonenko cümə günü Bakıda başlayan "Cənubi Qafqazda təhlükəsizliyə maneələr: mövcud reallıqlar və regional inkişafın perspektivləri" mövzusundakı beynəlxalq konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə əsasən, son zamanlar danışıqlar prosesi ilə məşğul olan ATƏT-in Minsk Qrupu da daha fəal olub. "Artıq etibarın möhkəmlənməsinin əsası qoyulub", - Antonenko bildirib.

Ekspert Ermənistan və Türkiyə arasında protokolların imzalanması məsələsindən Azərbaycanın ehtiyat etməsini əsaslı hesab edir.

Onun sözlərinə əsasən, hazırki müsbət irəliləyişin qəflətən əks prosesə çevrilə və danışıqları əvvəlki səviyyəsinə qaytara biləcəyinə dair arzu edilməz narahatlıq mövcuddur.

"Avropa İttifaqı danışıq prosesinin irəliməsi üzrə konkret plan hazırlamalıdır. Plan özündə Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətləri arasında dialoqa, qaçqınların evlərinə qaytımasına necə nail olunması yollarına dair təklifləri birləşdirməlidir", - Antonenko qeyd edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti