...

Ermənistan Konstitusiyasına edilən dəyişikliklər hazırkı hakimiyyətin xilas edilməsinə istiqamətlənib - TÜRKSAM-ın direktoru

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Dekabr 2009 14:11 (UTC +04:00)
Ermənistanın beynəlxalq müqavilələr haqqında qanunvericiliyinə ölkənin imzasının geri çağırılması imkanlarını nəzərdə tutan düzəlişlər hazırkı prezident Serj Sarkisyana hakimiyyətini qoruyub saxlamaq üçün zəmanət verir, Türkiyənin Beynəlxalq Münasibətlər və Strateji Analizlər Mərkəzinin (TÜRKSAM) rəhbəri Sinan Oqan hesab edir.
Ermənistan Konstitusiyasına edilən dəyişikliklər hazırkı hakimiyyətin xilas edilməsinə istiqamətlənib - TÜRKSAM-ın direktoru

Azərbaycan, Bakı, 15 dekabr / Trend , müxbir U.Sadıxova/

Ermənistanın beynəlxalq müqavilələr haqqında qanunvericiliyinə ölkənin imzasının geri çağırılması imkanlarını nəzərdə tutan düzəlişlər hazırkı Prezident Serj Sarkisyana hakimiyyətini qoruyub saxlamaq üçün zəmanət verir, Türkiyənin Beynəlxalq Münasibətlər və Strateji Analizlər Mərkəzinin (TÜRKSAM) rəhbəri Sinan Oqan hesab edir.

"Ermənistan Konstitusiyasına dəyişikliklər Sarkisyana zəmanət verir, belə ki, Ermənistan tərəfdən Ermənistan-Türkiyə protokollarının ratifikasiyası - onun höküməti üçün böyük zərərdir", - Oqon Moskvadan telefon vasitəsilə Trend -a deyib.

Çərşənbə axşamı Ermənistanın "Mediamaks" agentliyi bildirib ki, Ermənistan Prezidentinin tapşırığı ilə beynəlxalq müqavilələr haqqında qanunvericiliyə ölkənin imzasının geri çağırılması imkanlarını nəzərdə tutan düzəlişlər hazırlanır.

Hüququ elmləri namizədi, konstitusiya hüquqları üzrə mütəxəssis Qrayr Tovmasyanın sözlərinə görə, bu cür prosedur bir çox ölkələrdə qəbul edilib və bu, hər hansı bir beynəlxalq sənədin ratifikasiyasından imtina etmək üçün daha aqressiv addımdır, agentlik yazır.

Türkiyəli icmalçı Oqanın fikrincə, Konstitusiyaya dəyişikliklər barədə qanun layihəsinin qəbul edilməsi oktyabrın 10-da Sürixdə imzalanmış ikitərəfli münasibətlərin normallaşdırılması haqqında Ermənistan-Türkiyə protokolları ilə birbaşa bağlıdır.

İki ölkə arasında münasibətlər 1993-cü ildə pozulub.

Oqan hesab edir ki, Konstitusiyaya düzəlişlərin edilməsi Ermənistana manevr üçün şans verir.

"Böyük ehtimal ki, Türkiyədən fərqli olaraq Ermənistan protokolları ratifikasiya edəcək və bundan sonra sənədlərin ratifikasiyası üçün Türkiyəyə təzyiq edəcək. Türkiyə sənədləri ratifikasiya etməkdən imtina edərsə, Yerevan Ankaranı "ermənilərin soyqırımı"nın tanınması məsələsinin ABŞ Konqresində yenidən qaldırılacağı ilə hədələyəcək", - Oqan deyib.

O hesab edir ki, Ermənistan Konstitusiyasına düzəlişlər edilməsi - beynəlxalq hüququn pozulmasıdır.

"Bu, Ermənistanın heç də yüksək səviyyədə olmayan beynəlxalq imicinə böyük zərbə olacaq", - Oqan deyib.

"Konstitusiyaya edilən düzəlişlər Sarkisyana imkan verir ki, istənilən vaxt Türkiyə ilə imzalanmış protokollardan imtina etsin, çünki Ermənistan əhalisinin böyük əksəriyyəti Ankara ilə münasibətlərin normallaşmasının əleyhinədir və protokolların ratifikasiya edilməsi fəaliyyətdə olan prezidentin hakimiyyətini böyük təhlükə altında qoya bilər", - o hesab edir.

Oqanın sözlərinə görə, Ermənistanın bu cür addımı Türkiyədə, həmin müqavilələrin reallaşdırılmasına dair Ermənistanın ciddiliyinə böyük şübhə yaradır və Ermənistan Konstitusiyasına düzəlişlər edilməsi Ankaranın protokolları ratifikasiya etməsini daha da yubadacaq.

Xəbər lenti

Xəbər lenti