...

İqtisadiyyat sahəsində Türkiyə və Rusiyanın maraqlarının yaxınlaşması Dağlıq Qarabağ məsələsinə müsbət təsir edə bilər - ekspertlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Yanvar 2010 20:32 (UTC +04:00)
İqtisadiyyat və enerji layihələri sahəsində Türkiyə və Rusiyanın maraqlarının yaxınlaşması Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə müsbət təsir edə bilər, ekspertlər belə hesab edir.

Azərbaycan, Bakı, 11 yanvar / Trend , müxbir E.Tariverdiyeva/

İqtisadiyyat və enerji layihələri sahəsində Türkiyə və Rusiyanın maraqlarının yaxınlaşması Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə müsbət təsir edə bilər, ekspertlər belə hesab edir. 

"Hazırda Ankaranı ilk öncə onun maraqları çərçivəsində yeni, daha səmərəli tranzit konfiqurasiyasının formalaşdırılması problemi narahat edir, - azərbaycanlı politoloq Tofiq Abbasov belə hesab edir. Əlbbətdə ki, Ermənistanla sərhədlərin açılması və eləcə də Dağlıq Qarabağ ətrafındakı münaqişənin nizamlanması məsələsi bu konteksə daxil edilir.

Rusiya hökümətinin rəhbəri Vladimir Putinin dəvəti və Baş nazir Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə Türkiyə nümayəndə heyyəti yanvarın 12-də Moskvada olacaq. Türkiyə hökümət başçısı bu günlərdə bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Moskvanın səylərini fəallaşdırmağa cağırmağı planlaşdırır.

RF-nın XİN-nin rəhbəri Sergey Lavrov 13-14 yanvar tarixlərində Ermənsitana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması problemini müzakirə edəcək. O, burada prezident Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşəcək, RF XİN-nin xüsusi nümayəndəsi Andrey Nesterenko məlumat verib.

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin davam etdirilməsinə dair fikir mübadiləsi diqqət mərkəzində olacaq", - Nesterenko RİA Novosti-yə veridiyi müsahibədə deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Müşahidəçilərin fikrincə məhz enerji sahəsində maraqların yaxınılaşması iki regional oyunçunu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində daha fəal vasitəçilik səylərinə təkan verə bilər.

İqtisadi məsələlər üzrə Rusiya-Türkiyə yaxınlaşmasının Dağlıq Qarabağ problemini tam həll edəcəyini fikirləşmək doğru deyil, lakin Ankara və Moskvanın yaxınlaşmasının danışıqlar prosesinə müsbət təsirini də inkar etmək lazım deyil", Türkiyənin baş nazirinin Avrasiya məslələri üzrə müşaviri Qeybulla Qeybullayev belə hesab edir.

"Bu münaqişənin uzadılması regionda çox böyük qeyri-stabillik yaradır və demək olar ki, məhz əsas regional oyunçuların iqtisadi yaxınlaşması fonunda uzunmüddətli perspektivdə Türkiyənin "Cənubi Qafqazda təhlükəsizlik və stabillik" platformasının yaradılması üzrə təşəbbüsünün həyata keçirilməsi mümkündür", Qeybullayev Ankaradan telefonla Trend -a deyib.

Rusiya və Türkiyə 2008-ci il sentyabrın ortalarında "Qafqazda təhlkükəsizlik və stabillik plafforması"nın yaradılması üzrə planın həyata keçirilməsinə bvaşlayıb.

Erməni ekspert Armen Qevorqyanın fikrincə, Ankara və Moskvanın Cənubi Qafqaz münaqişələri və siyasi problemlərin müzakirəyə çıxarması, əgər bu məsələrlə bağlı qaz və neft kəmərləri mövzusu müzakirə edilməsəydi Ermənistan üçün o qədər də həyəcanlı və potensial təhlükəli olmazdı.

Qevorqyana görə, Ərdoğan Moskvada Rusiyanın iqtisadi maraqlarını tərəzinin bir gözünə, Qarabağ münaqişəsini isə digər gözünə qoyaraq Putinə seçim etməyi təklif edəcək.

"Türkiyə Xəzər regionuna və Orta Asiyaya can atır. O yavaş-yavaş Errmənistan problemiinin daxil olduğu regional gündəliyə tabe olur, sonra isə onu böyük dövlətlərin qlobal siyasi və iqtisadi maraqları ilə bağlayır", ekspert belə hesab edir.

Türkiyəli və rusiyalı politoloqların ilin əvvəlində fəallığları Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yaxşı təsir etməlidir, İTAR TASS Agentliyinin Baş direktorunun birinci müavini Mixail Qusman belə hesab edir.

"Bir tərəfdən Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanın Moskvaya, və Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri bu ölkələr arasında aparılan beynəlxalq dialoqun adi gündəliyndən çıxarılmır, digər tərəfdən isə politoloqların ilin əvvəlində göstərdiyi fəallıq münaqişənin həll edilməsi üçün Azərbaycana yaxşı təsir edəcək", bu barədə Qusman Trend -a bildirib.

Abbasova görə, Türkiyənin siyasi gündəliyini prioritet qaydada ardıcıl düzməyə cəhd etsək, Türkiyənin iqtisadi hesabları ilə bağlı hər şey təxirə salınmazdır. "Buna görə də Moskvada tərəflər enerji layihələri üzrə mövqeləri qovuşdurmağa çalışır. Hər iki tərəf Yerevanı perspektivli aktiv tranzit marşrutları zonasına çəkməyə razıdır", - "Lider-TV" analitik qrupunun eksperti Abbasov Trend -a deyib.

Onun sözlərinə görə, Ankara gələcəkdə Gürcüstan-Rusiya probleminin nizamlanmasında vasitəçi rolunda çıxış edə bilər.

"Qarabağ problemi təxirəsalınmaz problemlər siyahısındadır. Lakin bu ərazi problemi çərçivəsində suallar cavablardan çoxdur", Abbasov deyib.

Materialın hazırlanmasında Rufiz Hafizoğlu iştirak edib.

Xəbər lenti

Xəbər lenti