...

Meksikada "Azərbaycanda Xocalı soyqırımı" adlı sənədli film ispan dilinə tərcümə edilərək nümayiş olunub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Fevral 2010 17:04 (UTC +04:00)
Meksikada Xocalı soyqırımının növbəti ildönümünün qeyd olunması ilə əlaqədar "Azərbaycanda Xocalı soyqırımı" adlı sənədli film ispan dilinə tərcümə edilərək nümayiş olunub.
Meksikada "Azərbaycanda Xocalı soyqırımı" adlı sənədli film ispan dilinə tərcümə edilərək nümayiş olunub

Azərbaycan, Bakı, 24 fevral / Trend , müxbir M. Əliyev/

Meksikada Xocalı soyqırımının növbəti ildönümünün qeyd olunması ilə əlaqədar "Azərbaycanda Xocalı soyqırımı" adlı sənədli film ispan dilinə tərcümə edilərək nümayiş olunub. Bu barədə məlumatı Azərbaycanın Meksikadakı səfirliyinin mətbuat xidmətindən bildiriblər.

"Xocalıya Ədalət" beynəlxalq kampaniyası çərçivəsində səfirlik tərəfindən faciənin ildönümü ilə əlaqədar həmçinin iki internet səhifəsi hazırlanıb istifadəyə verilib - www.justiciaparajodyali.org, www.justiceforkhojaly.mx. İnternet səhifələrində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, Xocalı soyqırımının təfərrüatları barədə audioyazı, həmçinin Toni Blekmen və "Dəyirman" qrupunun birgə ifa etdiyi musiqi klipi də yerləşdirilib.

"Xocalıya Ədalət" beynəlxalq informasiya və təşviqat kampaniyası ("Justice for Khodjaly") 2008-ci il mayın 8-də İKT Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyeva tərəfindən dialoq və əməkdaşlıq məqsədi ilə təsis edilib.

Fevralın 23-də "Xocalıya Ədalət" kompaniyası çərçivəsində Meksikanın paytaxtı Mexiko şəhərində Latın Amerikası regionunda ən məşhur ali təhsil ocaqlarından biri olan Meksika Milli Avtonom Universitetində (UNAM) Xocalı faciəsinin 18-ci ildönümü münasibəti ilə konfrans keçirilib. Konfransda, ümumilikdə 150 nəfərdən artıq UNAM-ın müəllim və tələbələri, Meksikada akkreditə olunmuş diplomatik korpus üzvləri, Meksikada yaşayan azərbaycanlılar və yerli kütləvi informasiya vasitələri nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edənlər münaqişənin tarixi və nəticələri, indiyədək Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etdirilməsi barədə iştirakçılara ətraflı məlumatlar veriblər.

Xəbər lenti

Xəbər lenti