...

ATƏT sədri Astanada Azərbaycan və Ermənistan başçılarının görüşünün keçirilməsini təklif edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Mart 2010 15:24 (UTC +04:00)
Qazaxıstan Azərbaycan və Ermənistan arasında münaqişənin nizamlanması üzrə tədbirlərdən biri kimi bu ölkələrin prezidentləri İlham Əliyevlə Serj Sarqsyanın bu il Astanada görüşünü keçirməyə hazırdır. Bunu ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın dövlət katibi - xarici işlər naziri Kanat Saudabayev deyib. Bu barədə KazTAQ yazır.
ATƏT sədri Astanada Azərbaycan və Ermənistan başçılarının görüşünün keçirilməsini təklif edir

Qazaxıstan Azərbaycan və Ermənistan arasında münaqişənin nizamlanması üzrə tədbirlərdən biri kimi bu ölkələrin prezidentləri İlham Əliyevlə Serj Sarqsyanın bu il Astanada görüşünü keçirməyə hazırdır. Bunu ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın dövlət katibi - xarici işlər naziri Kanat Saudabayev deyib. Bu barədə KazTAQ yazır.

"Dağlıq Qarabağ münaqişəsinin "Madrid prinsipləri" əsasında sülh yolu ilə nizamlanması çərçivəsində biz ATƏT-in Minsk qrupunun işinə hər cür yardım göstərəcəyik və 2010-cu ildə Astanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü keçirməyə hazırıq". - O, cümə günü MDB XİN Başçıları Şurasının iclasındakı çıxışında bildirib.

ATƏT sədri xatırladıb ki, fevralın 15-dən 17-dək Cənubi Qafqaz ölkələrinə turnesi zamanı münaqişə zonasında real vəziyyətlə və tərəflərin cari mövqeyi ilə tanış olub.

"Biz yubadılmış münaqişələrin nizamlanmasında müsbət tendensiyaların ardıcıl irəliləməsinə yardım etmək üçün öz səylərimizi göstərəcəyik", -K.Saudabayev bildirib.

Xəbər lenti

Xəbər lenti