...

Nə qədər ki Azərbaycan ərazilərinin işğalı davam edir, Türkiyə Ermənistan ilə sərhədləri açmayacaq - Ərdoğan

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Aprel 2010 10:09 (UTC +04:00)

Ermənistan  Azərbaycan ərazilərini işğal etməkdə davam edərsə, Türkiyə bu ölkə ilə sərhədlərini açmayacaq. Bu barədə bazar ertəsi Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Türkiyənin ATV telekanalının efirində bildirib. Bu barədə Sabah qəzeti yazır.

"1993-cü ildə bizim sərhədlərin bağlanmasına səbəb Azərbaycan torpaqlarının işğal edilməsi olub. Nə qədər ki bu işğal aradan qalxmayıb, biz sərhədləri açmayacayıq",- Ərdoğan deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi - Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan ATƏT-in Minsk Qrupunun himayəsi altında Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti