Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir R.Hafizoğlu/
və
ErmənistanAzərbaycan arasında mövcud olan problemin həlli və Azərbaycan torpaqlarının azad edilməsi bizim əsas məqsədlərimizdən biridir, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşdən sonra mətbuat konfransında deyib.
"Biz ikitərəfli görüş keçirdik. Görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik. Cənubi Qafqazda sülh və əminamanlığın bərqərar olması üçün atılacaq vacib addımlar müzakirə olundu. Biz son prosesləri İlham Əliyev və Elmar Məmmədyarovla müzakirə etdik. Vaşinqtonda keçirilən sammitə gəldikdə isə biz bütün iştirak etdiyimiz görüşlərdə göstərmişik ki, bizim əsas məqsədimiz sülh, təhlükəsizlik və sabitliyə əsaslanan prosesinin davam etdirilməsidir", Davudoğlu deyib.
Davudoğlu əlavə edib ki, Türkiyənin məqsədləri aydındır: Cənubi Qafqazda bütün əlaqələrin normallaşmasına, sərhədlərin açılmasına, inam və təhlükəsizliyə əsaslanan yeni bir mərhələnin yaradılmasıdır.
"Biz ümid edirik ki, Minsk Qrupunun həmsədrlərinin səyləri ilə birgə biz buna nail olacağıq", - Davudoğlu deyib.