Aərbaycan, Bakı, 23 aprel /Trend, müxbir E.Ostapenko/
Bavariya Azərbaycanin yenilənmiş Madrid prinsiplərini qəbul etməsini tamamilə dəstəkləyir və bunun düzgün istiqamətdə atılan addım olduğunu hesab edir. Bu barədə Almaniya Federativ Respublikasının Bavariya Federal Torpağının Federal və Avropa məsələləri üzrə dövlət naziri bildirib.
"Almaniya ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsini nizamlanması prosesini dəstəkləyir və biz ümid edirik, münaqişə diplomatik yolla nizamlanacaq", - Müller cümə günü Bakıda keçirilən mətbuat konfransında bildirib.
Dövlət nazirinin sözlərinə əsasən, Bavariya Almaniya Federativ Respublikasının federal torpağıdır və belə məsələlər federativ hakimiyyətin səlahiyyətindədir.
"Dövlətin iqtisadi inkişafı üçün, şübhəsiz, stabillik lazımdır. Biz anlayırıq ki, təqribən, bir milyona yaxın qaçqını olan ölkənin yaşayış şəraitini təmin etmək çətindir və bu, Azərbaycan üçün ciddi çətinliklər yaradır", - o bildirib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi - Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan ATƏT-in Minsk qrupunun himayəsi altında Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.