...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 İyul 2010 10:44 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 13-də saat 13:15-dən 13:25-dək, saat 16:00-dan 16:10-dək Göy göl rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 14 iyul /Trend/

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 13-də saat 13:15-dən 13:25-dək, saat 16:00-dan 16:10-dək Göy göl rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;

- saat 14:20-dən 14:30-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;

- iyulun 14-də saat 02:00-dan 02:20-dək, saat 02:35-dən 02:55-dək Tərtər rayonunun Qapanlı və Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən;

- saat 03:10-dan 03:35-dək Ağdam rayonunun Tağıbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi məlumat verir.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti