...

Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoqun başlanması çox faydalı olar – Azərbaycan politoloqu

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 İyul 2010 17:19 (UTC +04:00)
Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoqun başlanması çox faydalı olar. Bu barədə cümə axşamı Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib.
Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoqun başlanması çox faydalı olar – Azərbaycan politoloqu

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir T.Hacıyev/

Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoqun başlanması çox faydalı olar. Bu barədə cümə axşamı Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib.

"Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının dialoqu Şimali Qafqaz ərazisində baş tutsaydı, bu, həmin regionda etno-psixoloji vəziyyətin sabitləşməsinə də xeyli kömək etmiş olardı. Bu addım uzunmüddətli danışıqların fəlsəfəsinə və marağına uyğundur", - Əhmədoğlu əlavə edib.

Politoloq bildirib ki, Prezident Serj Sarkisyanın Sankt-Peterburq görüşündə üçtərəfli formata (Rusiya Fererasiyası, Azərbaycan və Ermənistan) xüsusi diqqət verməsi Ermənistanın mahiyyətindən irəli gələn məsələdir.

"Konfliktongenlik ermənilərin həm əsas, həm də alternativ gəlir mənbəyidir. Azərbaycanda əsas gəlir mənbəyi təbii resursları və tranzit potensialı, Gürcüstanda əsasən tranzit imkanları olduğu halda, Ermənistan bunlardan məhrumdur. SSRİ-ni dağıtmaqdan qazandığı maliyyə və digər resurslar tükənib. Xarici borcu dövlət büdcəsindən 2-5 dəfə artıqdır. Maliyyə və digər resurslar qazanmaq üçün Ermənistana yeni, daha irimiqyaslı konflikt lazımdır", - Əhmədoğlu bildirib.

Politoloq qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi bazasında regional konflikt yaratmaq ermənilər üçün asan məsələdir.

"Rusiya, ABŞ və Avropa İttifaqı birlikdə olduqda Ermənistan bunlara yalan söyləyə bilmir. Konfliktogen vəziyyət yaratmaq üçün Ermənistan ABŞ və Rusiya ilə ayrılıqda iş aparmalıdır. Tehranın indiki regional durumunda Ermənistanın belə manevrləri konfliktogenliyi daha da artırır. Əsas itkiyə məruz qalan Rusiya, qazanan isə Ermənistan olacaq. Bu, ermənilərin çoxdankı planlarıdır. ABŞ dövlət katibi Hillari Klinton Ermənistanda olarkən, Ermənistanın regiondankənar perspektivindən danışarkən ilk növbədə Rusiyanı, xüsusilə Şimali Qafqazı nəzərdə tuturdu", - Əhmədoğlu deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti