...

Qarabağ Azadlıq Təşkilatı Ermənistan prezidentinin Dağlıq Qarabağa səfərini pisləyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Sentyabr 2010 13:36 (UTC +04:00)
Qarabağ Azadlıq Təşkilatı Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfərini pisləyir.
Qarabağ Azadlıq Təşkilatı Ermənistan prezidentinin Dağlıq Qarabağa səfərini pisləyir

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir T.Hacıyev/

Qarabağ Azadlıq Təşkilatı Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfərini pisləyir. Trend-in məlumatına görə, QAT bu barədə çərşənbə günü bəyanat yayıb.

"Ermənistanın terrorçu prezidenti artıq həyasızlığın bütün hədlərini keçərək, Azərbaycan qanunlarını, beynəlxalq hüquq normalarını tapdalayır. Obyektivlik hissini itirmiş beynəlxalq təşkilatlar isə Azərbaycan ərazilərinin işğal tarixlərinin təcavüzkar Ermənistan tərəfindən bu cür bayram edilməsinə, orada "Dağlıq Qarabağın Azərbaycana heç vaxt qaytarılmayacağı" ilə bağlı həyasız bəyanatlara göz yumur və elə təsəvvür yaradırlar ki, sanki heç nə baş vermir", - bəyanatda deyilir.

Qarabağ Azadlıq Təşkilatı bəyan edir ki, ermənilər özlərini "bayram tədbirləri" ilə aldatmasınlar. Onlar bütün torpaqlarımızdan tezliklə rədd olub gedəcəklər, onlara nə Rusiyanın, nə də başqa birisinin köməyinin xeyri olmayacaq.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti