...

Dağlıq Qarabağ problemini həll etməklə İran regionda vəziyyəti normallaşdırmağa nail ola bilər - politoloq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Oktyabr 2010 16:34 (UTC +04:00)
Dağlıq Qarabağ problemini həll etməklə İran həm regionda vəziyyəti normallaşdırmağa, həm də müharibəni özündən kənarlaşdırmağa nail ola bilər.
Dağlıq Qarabağ problemini həll etməklə İran regionda vəziyyəti normallaşdırmağa nail ola bilər - politoloq

Azərbaycan, Bakı, 14 oktyabr /Trend/

Dağlıq Qarabağ problemini həll etməklə İran həm regionda vəziyyəti normallaşdırmağa, həm də müharibəni özündən kənarlaşdırmağa nail ola bilər. Bunu cümə axşamı Trend-ə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib.

"Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi və İranda müharibə ehtimali bir-biri ilə əlaqəlidir. Qərb dünyası münaqişənin tənzimlənməsində aktivlik imitasiyası yaradıblar", - Əhmədoğlu bildirib.

Politoloqun sözlərinə görə, əslində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının dondurulması prosesi davam edir. Əsas məqsəd Qarabağ münaqişəsinin tənzimlənməsinin təminatlı dondurulmasına nail olduqdan sonra İran məsələsini həll etməkdir.

"İran Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını, hətta hərbi yolla tənzimlənməsini ciddi şəkildə gündəliyə gətirməklə Qərbin İran üçün hazırladığı müharibə ssenarisinin vaxtını ən azı bir il uzada bilər. Bir ildən sonra ABŞ-da prezident seçkiləri ərəfəsi olacaq. Beləliklə, İrana qarşı müharibə ssenarisi tamamilə sıradan çıxa bilər. Bunu etmək əvəzinə İran Qafqaz regionundan, xüsusilə də Ermənistandan Rusiyanı sıxışdırmaqla məşğuldur. Rusiyanı özünün düşməninə çevirmək ərəfəsindədir. İran Ermənistanda partiya, mətbu orqanlar yaradır. Ermənistan İranı aldada bilib ki, o, Rusiyanın təsirindən çıxıb İranın təsiri altına keçə bilər", - Əhmədoğlu əlavə edib.

Politoloqun fikrincə, İranda müharibənin baştutma ehtimalı İranın öz əlindədir.

"Düzgün hesablanmış siyasət aparmaqla, Dağlıq Qarabağ məsələsini həll etməklə İran həm regionda vəziyyəti normallaşdırmağa, həm də müharibəni özündən kənarlaşdırmağa nail ola bilər. Rusiyanı regiondan çıxarmağa çalışmaqla İran özündə olan problemlərin kəskiniyini daha da artırır", - Əhmədoğlu bildirib.

Xəbər lenti

Xəbər lenti