...

Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşünün vaxtı açıqlanıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Oktyabr 2010 16:34 (UTC +04:00)
Oktyabrın 27-də Azərbaycan və Ermənistan prezidentləri Rusiya Prezidentinin dəvəti ilə Həştərxana gələcəklər. Bu barədə cümə günü "RİA Novosti" Kremlin mətbuat xidmətinə istinadən məlumat verib.
Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşünün vaxtı açıqlanıb

Oktyabrın 27-də Azərbaycan və Ermənistan prezidentləri Rusiya Prezidentinin dəvəti ilə Həştərxana gələcəklər. Bu barədə cümə günü "RİA Novosti" Kremlin mətbuat xidmətinə istinadən məlumat verib.

"Üçtərəfli görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlərin müzakirə edilməsi planlaşdırılır", - məlumatda deyilir.

Son dəfə üçtərəfli görüş 2010-cu ilin iyulunda Sankt-Peterburqda baş tutub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti