...

ATƏT-in sammitində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair mövqelərin müəyyən edilməsinə nail olunub – deputat Rasim Musabəyov

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Dekabr 2010 22:35 (UTC +04:00)
Milli Məclisin deputatı, politoloq Rasim Musabəyovun Trend-ə müsahibəsi
ATƏT-in sammitində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair mövqelərin müəyyən edilməsinə nail olunub – deputat Rasim Musabəyov

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir E.Tariverdiyeva/

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyovun Trend-ə müsahibəsi

- Astanada ATƏT-in sammiti zamanı qəbul olunan bəyanatla bağlı KİV-də ziddiyətli şərhlər verilir. Sizin mövqeyiniz necədir?

- Mən bunun 3+2 formatında olan vacib bir sənəd olduğunu qeyd edərdim ( Minsk qrupunun həmsədr ölkələri və münaqişə tərəfləri). Bununla Azərbaycan, Rusiya Federasiyası və Ermənistan prezidentlərinin 2 noyabr 2008-ci il Moskvada və 27 oktyabr 2010-cu il Həştərxanda qəbul etdiyi bəyanatlar təstiqlənir, burada hansı ki münaqişənin humanitar komponentindən, hərbi əsrlərin və meyitlərin mübadiləsindən bəhs edilir.
Bir şeyə nəzər yetirmək lazımdır ki, bəyanatın birinci bölməsinin sonunda qeyd edilib ki, münaqişənin danışıqlar və sülh yolu ilə həlli sabitlik və təhlükəsizlik gətirəcək və bu, regionun xalqları arasında real barışıq üçün yeganə yoldur. Bəyanatın ikinci bölməsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və prinsipləri əsasında yekun həllinə dair Azərbaycan və Ermənistan prezidentlərinin üzərinə götürdüyü öhdəliklərdən bəhs edilir. Orada qeyd olunur ki, münaqişənin həlli BMT Nizamnaməsinə, yəni, BMT-də qəbul olunan sənədlər, ilk növbədə Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanmalıdır. Xatırladım ki, BMT Nizamnaməsini 51 saylı bəndi var, orada uzv dövlətin fərdi özünümüdafiəsinin ayrılmaz hüquqa malik olduğu qeyd edilib.

- Ermənistan tərəfi öz müqəddəratını təyinetmə prinsipini irəli sürür və onun münaqişənin həllində əsas olduğunu söyləyir. Bu, nə dərəcədə həqiqətə uyğundur?

- Ərazi bütövlüyü və öz müqəddəratını həlletmə prinsipləri arasındakı qarşılıqlı əlaqələri əks etdirən Helsinki Yekun Bəyannaməsində xüsusilə deyilir ki:

"Maddə IV. Dövlətin ərazi bütövlüyü

İştirakçı dövlətlər hər bir iştirakçı dövlətin ərazə bütövlüyünə hörmət edəcəklər.
Beləliklə, onlar istənilən iştirakçı dövlətin ərazi bütövlüyü, siyasi müstəqilliyi və ya birliyinə qarşı Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun olmayan hər hansı hərəkətdən və, xüsusilə, hədə və ya gücdən istifadəni təşkil edən hər hansı belə hərəkətdən çəkinəcəklər.
İştirakçı dövlətlər eynilə bir-birinin ərazisini beynəlxalq hüquqa zidd olaraq hərbi işğal və ya digər birbaşa və ya dolayı yolla güc tədbirləri obyekti, yaxud belə tədbirlər və ya onlarla hədələmək vasitəsilə ələ keçirmək obyekti etməkdən çəkinəcəklər. Heç bir belə işğal və ya ələ keçirmə qanuni sayılmayacaq."

Mətindən görüldüyü kimi Ermənistanın hərəkətləri açıq-aşkar bu bəyannaməyə qarşı çıxır. Ermənlərin həvəslə müraciət etdiyi maddə onların işğalçılıq iddialarına bəraət qazandırmır, çünki orada açıq-aşkar deyilir ki, ərazi bütövlüyünə zidd olmalıdır. Orada deyilir:

"Maddə VIII. Xalqların bərabər və öz müqəddəratını təyin etmək hüquqları

İştirakçı dövlətlər, bütün zamanlarda Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin məqsəd və prinsipləri və beynəlxalq hüququn müvafiq normalarına, o cümlədən dövlətlərin ərazi bütövlüyünə aid normalara uyğun hərəkət edərək, xalqların bərabər hüquqlarına və onların öz müqəddəratını təyin etmək hüququna hörmət edəcəklər."

Mətindən məlum olur ki, ermənlərin öz müqəddəratını sesessiya yolu ilə can atmaqları beynəlxalq hüqüqa ziddir və həmçinin onların bunu öz tarixi yurdlarından qovulmuş DQ azərbaycan icmasının istəyini nəzərə almadan etmək istəyi hüquqa və mənəviyata ziddır.

O ki qaldı güc tətbiq etməmək pronsipinə ( Helsinki Yekun Bəyannaməsinin ikinci maddəsi), Ermənistan güc tətbiq etməklə Azərbaycan ərazisinin bir hissəsini işqal etməklə  təcavüzkar olduqunu göstərir, həmçinin zəbt etdiyi torpaqlarda etniki təmizləməri aparır.

- Astanada qəbul edilmiş bəyannamədə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar Siz daha nəyi qeyd etmək istəyərdiniz?

- ABŞ, Rusiya və Fransa prezidentlərin 10 iyul 2009-cu il Akvildə (İtaliya) və 26 iyul 2010-cu il Muskoku (Kanada) bəyannamələri Astana bəyannaməsində təsdiqini tapır və orada münaqişənin həllinin altı əsas prinsipləri əksini tapıb, bunların Azərbaycan və Ermənistan prezidentlərin iştirakı ilə olması çox vacibdir . Ermənistan prezidenti Serj Sərkisyan bununla qoşunların işqal edilmiş əraziərdən çıxarılmasına, qaçqınların və məcburi köçkünlərin daimi yaşayiş yerlərinə qayıtmasına və hətta səsvermənin keçirilməsinə razılıqını bildirdi və bununla Ermənistan tərəfi de-fakto baş vermiş qondarma "referendumu" və "DQ statusunun yekun qərarına dair" bəyannaməni və digər bəyanatları təkzib etdi.

Qəbul etmək lazımdır ki, Azərbaycan Dağlıq Qarabağa müvəqqəti status verilməsinə və təhlükəsizliyini təmin etməyə hazırdır. Prezidentlərin bəyannaməsində, Akvila və Muskokudakı sənədlərdə Dağlıq Qarabağın müstəqilliyi və ya Azərbaycan ərazisindən ayrılmasından söz getmir.

Azərbaycanın ərazi bütövlüyünün dəyişdirilməsi Konstitusiyanın üçüncü maddəsində əksini tapıb və əgər belə bir ssenariya proqnozlaşdırılsa, referenduma çıxarılmalıdır. Bizdə belə bir səsvermənin keçirilməsinə dair təcrübə artıq var, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası əhali tərəfindən müzakirə olunaraq qəbul edilmişdir.

Əslində üç həmsədrin planı münaqişənin mərhələli şəkildə həllini nəzərdə tutub, bu da regionun proqnozlaşdırılması üçün zəmin yaradır.

Nəhayət son bölmədə, üç həmsədr Azərbaycan və Ermənistan prezidentlərinə regionda uzunmüddətli sülhün əldə olunmasına kömək göstərməyi öhdəsinə götürür. Biz 2010-cu ildə Rusiya Federasiyasının təkbaşına xüsusi fəallaşmasının şahidi olduq. Bəyanatda isə açıq aydın üçtərəfli formatdan bəhs edilir. Yəni, Afinada ATƏT-in xarici işlər nazirlərinin Şurası çərçivəsində təqdim olunan yenilənmiş Madrid sənədinin danışıqlar masasının üzərinə qayıdacağına və tərəflərin sənədin əsasında nizamlanma prosesində çoxdan gözlənilən irəliləyişə nail olmaq üçün aparılan işin davam etdirəcəyinə ümid yaranıb. Buna alternativ "sülhə zorakı məcburetmə" ola bilər.

Yekunlaşdıraraq, demək istəyirəm ki,  ATƏT-in Astana sammitində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlarda irəliləyiş olmasa da, münaqişə edən tərəflərin və vasitəçilərin qabaqca razılaşma əldə etdikləri mövqelərinin müəyyən edilməsinə nail olunub.

Xəbər lenti

Xəbər lenti