...

Azərbaycan torpaqları işğaldan azad edilməlidir - Türkiyə Prezidenti (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Dekabr 2010 19:05 (UTC +04:00)

1-ci abzasdan sonra əlavə olunub

Türkiyə Prezidenti Abdullah Gül İstanbulda keçirdiyi mətbuat konfransında Azərbaycan torpaqlarının erməni işğalından azad edilməli olduğunu bildirib. Məlumatı Türkiyənin CNN Türk telekanalı yayıb.

"Qafqazdakı problemlərin həll olması üçün ilk növbədə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi lazımdır və azərbaycanlı qaçqınlar öz torpaqlarına qayıtmalıdır", - Gül deyib.

Gül onu da qeyd edib ki, Türkiyə bütün qonşuları ilə münasibətlərinin yaxşı olmasını istəyir.

"Ermənistan da Türkiyənin qonşusudur, buna görə də Ermənistanla əlaqələrin normallaşması üçün önəmli addımlar atıldı", - Prezident deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti