...

Müdafiə Nazirliyi Ermənistan tərəfinin Azərbaycanın atəşkəsi intensiv pozması barədə bəyanatını əsassız sayır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Yanvar 2011 11:14 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin Azərbaycanın ötən gecə atəşkəsi intensiv pozması barədə bəyanatını əsassız sayır.
Müdafiə Nazirliyi Ermənistan tərəfinin Azərbaycanın atəşkəsi intensiv pozması barədə bəyanatını əsassız sayır

Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin Azərbaycanın ötən gecə atəşkəsi intensiv pozması barədə bəyanatını əsassız sayır.

"Azərbaycan tərəfi atəşkəs rejiminə sadiqdir. Biz atəşkəsi pozmuruq. Əksinə, son iki gündə Ermənistan tərəfi atəşkəsi pozub. Hətta atəşkəsin pozulması nəticəsində Azərbaycan Milli Ordusunun bir əsgəri yaralanıb", - şənbə günü Trend-ə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev bildirib.

Ermənistan tərəfinin yaydığı məlumata görə, Azərbaycan ötən gecə 30 dəfə atəşkəs rejimini pozub.

Abdullayev bildirib ki, Ermənistan öz əməllərini Azərbaycanın ayağına yazmağa cəhd edir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti