...

Ermənistan tərəfi Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinin yenidən bərpa olunmasına əngəllər törədir - azərbaycanlı deputat

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Yanvar 2011 01:57 (UTC +04:00)
Ermənistan tərəfi Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinin yenidən bərpa olunmasına əngəllər törədir. Trend-in məlumatına görə, bu fikirləri AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov bazar ertəsi qurumun qış plenar sessiyasında çıxış edən AŞ Baş katibi Torbyörn Yaqlandına ünvanladığı sualında deyib.
Ermənistan tərəfi Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinin yenidən bərpa olunmasına əngəllər törədir - azərbaycanlı deputat

Fransa, Strasburq, 25 yanvar /Trend, müxbir A.Məhərrəmli/

Ermənistan tərəfi Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinin yenidən bərpa olunmasına əngəllər törədir. Trend-in məlumatına görə, bu fikirləri AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov bazar ertəsi qurumun qış plenar sessiyasında çıxış edən AŞ Baş katibi Torbyörn Yaqlandına ünvanladığı sualında deyib.

"2005-ci ilin yanvar ayının 25-də  AŞPA Azərbaycan ərazilərinin işğalı və Dağlıq Qarabağ münaqişəsi üzrə 1416 saylı qətnamə qəbul edib. Problemin diplomatik vasitələrlə həllinə yardım etmək və həmin qətnamənin icrasına nəzarət məqsədilə ayrıca bir Alt Komitə də təsis edilib. Lakin Ermənistan tərəfi bu Alt Komitənin fəsliyyətini davam etdirməsinə ən müxtəlif vasitələrlə mane olmağa çalışır. Ermənistan sülh prosesinə və AŞPA qaydalarının ziddinə olan belə hərəkətlərinə Sizin münasibətiniz nədən ibarətdir?" - Hüseynov deyib.

"Mən AŞ-nin rolu və təşəbbüsünü yüksək qiymətləndirirəm. Əvvəldə dediyim fikirlərə qayıdaraq  bir şeyi qeyd etmək istəyirəm ki, burada hökumətlərarası səviyyədə işlək mexanizmin olmaması faktoru da əsas rol oynayır. Bu münaqişənin həlli ATƏT-in Minsk qrupunun səlahiyyətləri çərçivəsinə daxildir. Bundan əlavə, hər iki dövlətdə hüququn aliliyi və mətbuat azadlığı çox vacib məqamdır. Biz əsas diqqəti bu sahəyə də  yetirməliyik. Münaqişəyə dair növbəti qərarlarımızın qəbulu zamanı  hüququn aliliyi və mətbuat azadlığı prinsipləri onların əsasını təşkil etməlidir. Əgər tarixə nəzər salsaq görərik ki, demokratiya, insan hüquqları olan ölkələrdə sülh quruculuğu daha asan başa gəlir. Münaqişə tərəflərində qeyd etdiyim bu dəyərlər daha da yaxşılarsa, o zaman münaqişənin həllinə yaxınlaşa bilərik. Ümüd edirəm ki, Minsk prosesində iştirak edən ölkələr bizim təşkilatın qoruduğu dəyər və öhdəliklərə daha çox diqqət ayıra biləcəklər", - Yaqlandın qeyd edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti