...

Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş əraziləri üzərindən uçuşlar üçün təhlükə mövcuddur - XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Mart 2011 17:33 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICАО) diqqətinə çatdırır ki, Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş əraziləri üzərindən mülki uçuşlar üçün təhlükə mövcuddur.
Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş əraziləri üzərindən uçuşlar üçün təhlükə mövcuddur - XİN

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir S.Ağayeva/

Azərbaycan Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICАО) diqqətinə çatdırır ki, Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş əraziləri üzərindən mülki uçuşlar üçün təhlükə mövcuddur.

"Azərbaycan tərəfi bir daha Beynəlxalq Mülki Aviasiya Təşkilatının, eləcə də bütün beynəlxalq təşkilatların diqqətinə çatdırır ki, Ermənistanın işğal etdiyi ərazilər üzərindən mülki uçuşlar üçün təhlükə və hərbi münaqişə zonasında və Azərbaycan hakimiyyətinin nəzarətindən müvəqqəti kənarda olan zonada təxribat hərəkətlərinin törədilməsinin mümkünlüyü qalmaqdadır", - Azərbaycan XİN-in mətbuat xidmətinin əməkdaşı Elman Abdullayev cümə axşamı Trend-ə bildirib.

"Azərbaycan tərəfi dəfələrlə müxtəlif səviyyələrdə Azərbaycan Respublikasının dövlət orqanlarının müvafiq icazəsi olmadan respublikanın işğal olunmuş əraziləri üzərindən uçuşların həyata keçirilməsinin yolverilməzliyi barədə məlumat verib", - Abdullayev deyib.

Diplomatın sözlərinə görə, 1991-ci il noyabrın 20-də erməni tərəfi Azərbaycanın Ermənistan tərəfindən işğal olunan Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında içərisində Azərbaycan hökumətinin üzvlərinin, Rusiya və Qazaxıstanın sülhməramlılarının olduğu vertolyotu vurarkən, eləcə də 1994-cü il martın 17-də ermənilər tərəfindən İran təyyarəsinin vurulması kimi insanların həlak olması ilə nəticələnən insidentlər olub ki, bu da həmin ərazilər üzərindən uçuşların təhlükəli olduğunu bir daha təsdiq edir.

Azərbaycan XİN nümayəndəsi bildirib ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş əraziləri üzərindən uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün erməni tərəfi bu ərazilərdən öz qoşunlarını çıxartmalıdır və bu, oxşar insidentlərin təkrar olunmasından qaçmağa imkan verən yeganə yoldur.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti