...

Dağlıq Qarabağ üzrə sülh sazişinin hazırlanmasına keçmək vaxtı çatıb - ATƏT-in Minsk qrupu (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Aprel 2011 18:01 (UTC +04:00)
Aprelin 11-14-də ATƏT-in Minsk qrupunun regiona səfəri zamanı Bakıda və Yerevanda keçirilən görüşlərdə həmsədrlər baza prinsipləri üzrə razılığın əldə olunması üçün gələcək addımları müzakirə ediblər.
Dağlıq Qarabağ üzrə sülh sazişinin hazırlanmasına keçmək vaxtı çatıb - ATƏT-in Minsk qrupu (ƏLAVƏ OLUNUB)

İkinci abzasdan sonra təfərrüatlar əlavə olunub (ilk xəbər saat 17:09-da yayılıb)

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir E.Tariverdiyeva/

Aprelin 11-14-də ATƏT-in Minsk qrupunun regiona səfəri zamanı Bakıda və Yerevanda keçirilən görüşlərdə həmsədrlər baza prinsipləri üzrə razılığın əldə olunması üçün gələcək addımları müzakirə ediblər. Trend-in məlumatına görə, bu barədə Rusiya, Fransa və ABŞ-dan olan həmsədrlər - İqor Popov, Bernar FasyeRobert Bradtkenin təşkilatın saytında dərc edilən bəyanatında deyilir.

"Həmsədrlər tam əmindirlər ki, nizamlanmanın əsas prinsiplərinin tamamlanması, təsdiqi və sülh sazişinin hazırlanmasına keçməyin vaxtıdır", - bəyanatda deyilir.

ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasye, Robert Bradtke və İqor Popov ATƏT sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiklə regiona səfər zamanı ayrı-ayrılıqda Ermənistan Prezidenti Serj Sarkisyan, Azərbaycan Prezidenti İlham Əliyev və Dağlıq Qarabağın de-fakto hakimiyyətinin nümayəndələri ilə görüşüblər.

Həmsədrlər Bakıya yola düşməzdən əvvəl aprelin 13-də qoşunların təmas xəttini keçiblər. 2010-cu ilin sentyabrında olduğu kimi, qoşunların təmas xəttini keçən zaman bu yürüş 1994-cü il tarixli atəşkəs rejiminin qorunması və möhkəmləndirilməsinin əhəmiyyətini və qoşunların təmas xəttininin qonşu xalqlar arasında əlaqələr üçün daimi maneə olmamasını nümayiş etdirmək olub, eləcə də bu yürüş təsdiq etməli idi ki, həmsədrlərin "münaqişənin aid olduğu istənilən rayonda olmaları lazımdır". Qoşunların təmas xəttinin keçilməsi ilə əlaqədar həmsədrlər Tərtər şəhərindən cənub-qərbdəki regionun bir hissəsində də olublar. Bundan başqa, həmsədrlər ATƏT-in şəxsi nümayəndəsi ilə birgə martın 8-də insidentin baş verdiyi ərazinin monitorinqi üçün Orta Qərvənd kəndində olublar.

Martın 5-də Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Soçidə verdikləri birgə bəyanata istinad edərək, həmsədrlər tərəflərə cəbhə xətti yaxınlığında bütün tərəflərin iştirakı ilə insidentlərin araşdırılması üçün mexanizm layihəsini də təqdim ediblər. Həmsədrlər tərəflərlə işi davam etdirəcəklər ki, inamın möhkəmləndirilməsi, səhvlərin sayının azaldılması və insanların həyatını xilas etmək məqsədilə mümkün qədər tez şəffaf və obyektiv proses yaradılsın.

Həmsədrlər narahatlıqlarını bildiriblər ki, Dağlıq Qarabağda açılması planlaşdırılan aeroport gərginliyin gələcək artmasına səbəb ola bilər. Onlar xəbərdarlıq ediblər ki, bu aeroporta enən və qalxan reyslər beynəlxalq hüquq çərçivəsində Dağlıq Qarabağın indiki statusunun dəyişdirilməsi üzrə hansısa tələblərin dəstəklənməsi üçün istifadə edilə bilməz. Həmsədrlər tərəfləri beynəlxalq konvensiya və sazişlərə, eləcə də Ermənistan və Azərbaycanın öz əraziləri üzərində indiki uçuşlar praktikası məsələsinə uyğun anlaşmaya nail olmağa çağırıblar. Həmsədrlər tərəflərin mülki hava gəmilərinə istənilən təhdid və hücumdan imtina edəcəkləri, bu məsələləri diplomatik şəkildə araşdıracaqları və bu məsələnin siyasiləşməsindən çəkinmələri ilə bağlı əminliklərini alqışlayıblar.

"Həmsədrlər aprelin sonunda Birləşmiş Ştatlar hökumətinin yüksək vəzifəli şəxləri ilə məsləhətləşmələrin aparılması, eləcə də dinc nizamlama məsələsində irəliləyişin statusunun müzakirəsi üçün Vaşinqtona səfər edəcəklər", - bəyanatda qeyd olunub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti