...

Dağlıq Qarabağ münaqişəsində pat vəziyyəti regional dinamikada mənfi atmosferə gətirib çıxarır - Türkiyə XİN rəhbəri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Aprel 2011 14:16 (UTC +04:00)
Türkiyənin Qafqazla bağlı konsepsiyası regionda uzunmüddətli, hərtərəfli, sabit sülhün bərqərar olunmasına yönəlib.
Dağlıq Qarabağ münaqişəsində pat vəziyyəti regional dinamikada mənfi atmosferə gətirib çıxarır - Türkiyə XİN rəhbəri

Azərbaycan, Bakı, 20 aprel /Trend/

Türkiyənin Qafqazla bağlı konsepsiyası regionda uzunmüddətli, hərtərəfli, sabit sülhün bərqərar olunmasına yönəlib. Trend-in məlumatına görə, bu barədə Ermənistanın "Arminfo" agentliyinə müsahibəsində Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib.

"Regional inkişafa görə məsuliyyət fikri ilə ruhlanıb regionda regional inteqrasiya şəraitində xalqların mənafeyi naminə təhlükəsiz, həyatqabiliyyətli və çiçəklənən gələcəyin formalaşmasına diqqətimizi yönəltəmək istəyirik. Bizim bu barədə dəqiq təsəvvürümüz var", - nazir bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Nazirin sözlərinə görə, lakin Dağlıq Qarabağ münaqişəsindəki pat vəziyyəti regional dinamikada mənfi atmosferə səbəb olur.

"Biz bu problemi yumşaltmaq üçün üsullar axtarırıq ki, region sülhə və sabitliyə daha da yaxınlaşsın", - Davudoğlu qeyd edib.

O hesab edir ki, bu konteksdə regionda sülh və təhlükəsizliyin mövcudluğuna başlıca mane olan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində addım atmaq lazımdır. Nazirin sözlərinə görə, bu addım bütün istiqamətlərdə proseslərin normallaşdırılmasına müsbət impuls verəcək.

Davudoğlunun dediyinə görə, yalnız ilk baxışdan Türkiyə-Ermənistan münasibətlərinin və Dağlıq Qarabağ münaqişəsinin normallaşdırılması məsələləri bir-birinə bağlı görünmür.

"Bu məsələlərin hər birinin öz dinamikası və öz danışıqlar meydançası var. Biz bunu inkar etmirik, lakin iki proses, daha dəqiq desək Türkiyə-Ermənistan və Ermənistan-Azərbaycan münasibətləri arasında bağlılıq şübhəsizdir. Biz zəmanət verməliyik ki, bu iki proses qarşılıqlı şərtləndirici effekti saxlayır: bunun birində müsbət irəliləyiş digərinin irəliləyişinə kömək edə bilər", - nazir vurğulayıb.

Onun sözlərinə görə, Türkiyənin məqsədi Cənubi Qafqazda hərtərəfli və sabit sülh atmosferi yaradılmasıdır. "Münaqişənin həllində maraqlı olan bütün oyunçular öz səylərini birləşdirməlidirlər ki, tərəflərin mövqeləri yaxınlaşsın", - Davudoğlu hesab edir. Onun sözlərinə görə, deməli, mühitin yaxşılaşdırılmasına ehtiyac var. Bu, Qafqazın ümumi çiçəklənmə zonasına çevrilməsinə yönələn regional tərəfdaşlığı stimullaşdıracaq.

"Biz dialoqun irəliləməsi üzrə səylərdə iradəli olmalıyıq və bütün danışıqlar prosesini açıq saxlamalıyıq", - Davudoğlu əlavə edib.

Onun sözlərinə görə, həll edilməmiş Dağlıq Qarabağ münaqişəsi regionda sülhə və sabitliyə xidmət edən atmosferin yaradılmasında başlıca maneə olaraq qalır.

"Minsk qrupu təxminən 20 il ərzində Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına təkan verməyə çalışıb. Biz bu səyləri dəstəkləyirik. Biz həmçinin hesab edirik ki, regional qüvvə kimi Rusiya məsuliyyətli üzv, ATƏT-in Minsk qrupunun həmsədri kimi konstuktiv rol oynayır. Biz güman edirik ki, Prezident Medvedevin şəxsi iştirakı ruhlandırıcı təsir göstərir və bu dəsətəklənməlidir", - Davudoğlu qeyd edib.

Nazirin sözlərinə görə, bu mənada Türkiyə ümid edir ki, 2011-ci il martın 5-də Soçidə keçirilən üçtərəfli görüş danışıqlar prosesinin irəliləməsi üçün daha bir addım olacaq.

"Biz yüksək səviyyəli görüşün yekunu üzrə qəbul edilən bəyannaməni alqışlayırıq və ümid edirik ki, yaxın gələcəkdə növbəti müsbət addımlar atılacaq", - Davudoğlu əlavə edib.

Martın 5-də Soçidə keçirilən Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşü səkkizinci üçtərəfli görüş olub.

Belə formatda bundan əvvəlki görüş 2010-cu il oktyabrın 27-də Həştərxanda Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyan arasında üçtərəfli görüşü keçirilib. Görüşün yekunları üzrə imzalanan Birgə Bəyannamədə deyilir: "Ermənistan və Azərbaycan prezidentləri ilk addım kimi ATƏT-in Minsk qrupunun və Beynəlxalq Qırmızı Xaç Komitəsinin dəstəyi ilə hərbi əsirlərin və həlak olanların meyitlərinin mübadiləsini etmək barədə razılığa gəliblər.

Xəbər lenti

Xəbər lenti