Azərbaycan, Bakı, 18 may /Trend/
Ermənistan silahlı qüvvələrinin bölmələri 3 istiqamətdə atəşkəs rejimini pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, düşmən hərbçiləri mayın 17-də saat 23:00-dan 23:10-dək və mayın 18-də saat 00:10-dan 00:30-dək Ağdam rayonunun Yusifcanlı və Qaraqaşlı kəndləri yaxınlığında yerləşən mövqelərdən; saat 02.18-dən 02.24-dək Füzuli rayonunun Qorqan kəndi yaxınlığında yerləşən mövqelərdən; saat 05.20-dən 05.25-dək Tərtər rayonunun Nəmirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.
Ermənistan silahlı qüvvələrinin bölmələri 3 istiqamətdə atəşkəs rejimini pozub
Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.
