...

BMT-nin Baş katibi Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll edilməsinə ehtiyac olduğunu deyib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 İyun 2011 12:04 (UTC +04:00)
BMT-nin Baş katibi Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll edilməsinə ehtiyac olduğunu deyib.
BMT-nin Baş katibi Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll edilməsinə ehtiyac olduğunu deyib

Azərbaycan, Bakı, 1 iyun /Trend/

BMT-nin Baş katibi Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll edilməsinə ehtiyac olduğunu deyib.

Baş katib Pan Gi Mun Nyu-Yorkda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşündə Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll edilməsinə ehtiyac olduğunu qeyd edib və bu istiqamətdə nəticələri gözlədiyini bildirib. Bu barədə Trend-ə XİN-in mətbuat xidmətindən məlumat verilib.

Məmmədyarov Pan Gi Munla ABŞ-a işgüzar səfəri çərçivəsində BMT-nin Baş Qərargahında görüş üb.

Nazir Məmmədyarovu salamlayan BMT Baş katibi təşkilatla Azərbaycan arasında əməkdaşlığın yüksək səviyyədə olmasından məmnunluğunu bildirib.

Məmmədyarov öncə Azərbaycan Prezidenti İlham Əliyev adından salamlarını çatdırıb. Daha sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesi haqqında Baş katibə ətraflı məlumat verib.

Nazir 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə oktyabrda keçiriləcək seçkilərdə Azərbaycan Respublikasının namizədliyinin irəli sürüldüyünü, ölkəmizin namizədliyi ilə bağlı nəzərəçarpan üstünlükləri həmsöhbətinin diqqətinə çatdırıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti