...

Azərbaycanın cəbhə bölgəsində tank tağımının hərbi təlimi keçirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 İyun 2011 15:24 (UTC +04:00)
Azərbaycanın cəbhə bölgəsində tank tağımının hərbi təlimi keçirilib. Trend-in bölgə müxbirinin məlumatına görə, Beyləqan rayonunda T-72 M tanklarının manevrləri keçirilib.
Azərbaycanın cəbhə bölgəsində tank tağımının hərbi təlimi keçirilib

Azərbaycan, Bərdə, 3 iyun /Trend, müxbir Ş.Cəliloğlu/

Azərbaycanın cəbhə bölgəsində tank tağımının hərbi təlimi keçirilib. Trend-in bölgə müxbirinin məlumatına görə, Beyləqan rayonunda T-72 M tanklarının manevrləri keçirilib.

T-72 M tanklarının birbaşa atəş məsafəsi 4000 metr, qapalı atəş mövqelərindən atəş məsafəsi isə 10500 metr təşkil edir.

T-72 M tankları 4 min metrə qədər məsafədə hədəfi vurur.

Təlimlərdə, həmçinin Azərbaycanda istehsal olunan müxtəlif növ iriçaplı silahlardan da istifadə olunub.

Azərbaycan Müdafiə Nazirliyinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri, millət vəkilləri və mətbuat nümayəndələri Beyləqanda yerləşən hərbi hissədə olublar.

Nümayəndə heyəti cəbhə xəttinin maketi ilə tanış olub. Nümayəndə heyətinə ordumuzun yerləşdiyi mövqelər barədə məlumat verilib. Hərbi hissədə Azərbaycan Ordusunun keçirdiyi irimiqyaslı təlimlərin video çarxına baxılıb.

Hərbi hissələrdə yerləşən artilleriya hazırlığı sinifinə baxış keçirilib və burada olan ən son texnika haqqında nümayəndə heyətinə məlumat verilib. Sonra nümayəndə heyəti hərbi hissədə olan əsgər yataqxanasına baxıb.

Xəbər lenti

Xəbər lenti