...

Azərbaycan Parlamentində ispan deputatlara erməni vandalizmindən danışılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 İyul 2011 17:45 (UTC +04:00)
İspaniya Krallığı Deputatlar Konqresinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüş keçirib.
Azərbaycan Parlamentində ispan deputatlara erməni vandalizmindən danışılıb

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir T.Hacıyev/

İspaniya Krallığı Deputatlar Konqresinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüş keçirib.

Trend-in məlumatına görə, görüş zamanı komitə üzvü Asim Mollazadə Azərbaycanın qədim dövlətçilik tarixindən danışıb, Şərq dünyasında ilk dəfə demokratik parlamentin ölkəmizdə yaradıldığını, əksər qərb dövlətləri ilə müqayisədə daha əvvəl Azərbaycanda qadınlara seçki hüququnun verildiyini qeyd edib. Onun sözlərinə görə, müstəqilliyini bərpa etdikdən sonra Avrotlantik strukturlara inteqrasiya Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir.

O, Ermənistanın Azərbaycana hərbi təcavüzü barədə qonaqlara ətraflı məlumat verib, torpaqlarımızın işğalı nəticəsində 100 minlərlə insanın doğma yurd-yuvalarından didərgin düşməsini əsl humanitar fəlakət adlandırıb.

Komitənin digər üzvü Qənirə Paşayeva erməni terrorunun artıq uşaqları əsas hədəfə almasından narahatlığını ifadə edib.

"Təkcə bu il ərzində iki uşaq erməni terrorunun qurbanı olub. Bu ilin martında erməni snayperi Ağdamda öz həyətində oynayan uşağı qətlə yetirib. Bu günlərdə isə mənim deputat seçildiyim bölgədə 13 yaşlı qız uşağı erməni terrorunun qurbanı olub. Hesab edirəm ki, dünya ictimaiyyəti buna göz yummamalıdır. Bu cür hallara qarşı hər kəs kəskin mövqe nümayiş etdirməlidir", - Paşayeva deyib.

Görüş üçün təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri, İspaniya Krallığı Deputatlar Konqresinin xarici əlaqələr komitəsinin sədri Xosep Antonio Duran deyib ki, İspaniya dövlətlərarası əlaqələrin inkişafında maraqlıdır.

Xəbər lenti

Xəbər lenti