Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir T.Hacıyev/
Ermənistan Silahlı Qüvvələri növbəti dəfə atəşkəsi pozub. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 21-də saat 10:00-dan 10:15-dək, 22:10-dan 22:20-dək, 23:05-dən 23:40-dək və 23:35-dən 23:40-dək Ağdam rayonunun Cəvahirli və Şuraabad kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 10:15-dən 10:30-dək və 13:00-dan 13:15-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 15:00-dan 15:20-dək və 19:10-dan 19:15-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 22:00-dan 22:15-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
Ermənistan Silahlı Qüvvələri növbəti dəfə atəşkəsi pozub
Ermənistan Silahlı Qüvvələri növbəti dəfə atəşkəsi pozub. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.