...

ATƏT-in Minsk qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tərəflərlə işi davam etdirəcəklər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Sentyabr 2011 23:16 (UTC +04:00)
ATƏT-in Minsk qrupu həmsədrləri Bernar Fasye (Fransa), Robert Bradtke (ABŞ) və İqor Popov (Rusiya) həmçinin də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik cümə axşamı Varşavada Azərbaycan Prezidenti İlham Əliyev, bir daha sonra isə Ermənistan Prezidenti Serj Sarkisyan ilə görüşərək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yönəlmiş gələcək addımları müzakirə ediblər.
ATƏT-in Minsk qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tərəflərlə işi davam etdirəcəklər

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir R.Daraxşan/

ATƏT-in Minsk qrupu həmsədrləri Bernar Fasye (Fransa), Robert Bradtke (ABŞ) və İqor Popov (Rusiya) həmçinin də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik cümə axşamı Varşavada Azərbaycan Prezidenti İlham Əliyev, bir daha sonra isə Ermənistan Prezidenti Serj Sarkisyan ilə görüşərək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yönəlmiş gələcək addımları müzakirə ediblər.

Həmsədrlər Prezidentlər Medvedev, Obama və Sarkozinin Dovil bəyanatında üzərinə götürdüyü, tərəflərə bu cür nizamlanmaya nail olmaqda yardım etmək öhdəliyini bir daha təsdiq ediblər. Trend-in məlumatına görə, bu barədə həmsədrlərin cümə axşamı yaydığı bəyanatda deyilir.

2011-ci il mayın 26-da Dovildə (Fransa) ATƏT-in Minsk qrupunun həmsədrləri olan Rusiya Federasiyası, ABŞ və Fransa prezidentləri qəbul etdikləri birgə bəyanatda digər məqamlarla yanaşı, tərəfləri israrla öz əhalisini müharibəyə deyil, sülhə hazırlamağa çağırıblar.

Bəyanata əsasən, həmsədrlər dekabr ayı Vilnyusda keçiriləcək ATƏT-in Nazirlər şurasının iclasına qədər gələcək aylar üçün iş planını təqdim ediblər. Həmsədrlər hərtərəfli sülh nizamlanması üçün təməl olan Əsas prinsipləri üzrə mövcud olan fikir ayrılıqlarını təsvir etmək üçün tərəflərlə işi davam etdirəcəklər.

Həmsədrlər həmçinin də atəşkəs rejiminin möhkəmləndirilməsi, yerlərdə şəraitin yaxşılaşdırılması və region xalqları arasında qarşılıqlı anlaşma üçün imkan yaratmasına yönəlmiş əlavə tədbirləri bütün tərəflərə təklif edəcəklər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti