...

Baş nazirin müavini: Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisi narkotik tranziti üçün istifadə olunur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Oktyabr 2011 11:11 (UTC +04:00)
Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisi narkotik tranziti, narkotiklərin becərilməsi, satılması, transmilli cinayət üçün nəzarətsiz ərazi kimi istifadə olunur.
Baş nazirin müavini: Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisi narkotik tranziti üçün istifadə olunur

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir M.Əliyev/

Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisi narkotik tranziti, narkotiklərin becərilməsi, satılması, transmilli cinayət üçün nəzarətsiz ərazi kimi istifadə olunur. Trend-in məlumatına görə, bunu bazar ertəsi Bakıda Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Beynəlxalq Konfransda çıxışı zamanı Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov deyib.

Həsənov qeyd edib ki, Azərbaycan ərazisinin narkoişbazlar üçün cəlbedici olması ölkədə bu istiqamətdə ciddi mübarizə aparılmasının zəruriliyini göstərir.

"Azərbaycan Respublikasının əlverişli coğrafi mövqeyi, narkotik istehsalçısı olan Asiya və istehlakçısı olan Avropa qitələri arasında yerləşməsi, avtomobil, su, hava və dəmiryol şəbəkəsi ilə daşınan yüklərin həcminin artması narkoqaçaqmalçıları cəlb edir", - o deyib.

"Azərbaycan ərazisinin 20 faizinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı nəticəsində bu ərazinin və Azərbaycan-İran sərhəddinin 132 km hissəsinin faktiki olaraq nəzarət olunmayan zonaya çevrilməsi də narkoişbazlar üçün əlverişli şərait yaradır", - Baş nazirin müavini bildirib.

Onun sözlərinə görə, daxil olan əməliyyat məlumatları təsdiq edir ki, bu nəzarətsiz zonalar narkotik vasitələrinin əkilib-becərilməsi, istehhsalı, tranziti, ticarəti, qanunsuz silah və insan alveri, terrorçuların sığınacağı və transmilli cinəyatkarlığın digər təhlükəli növləri üçün aktiv istifadə olunur.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti