...

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Bakıda regional münaqişələri müzakirə edəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Oktyabr 2011 14:32 (UTC +04:00)
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort Azərbaycana səfəri zamanı regional münaqişələri müzakirə edəcək.
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Bakıda regional münaqişələri müzakirə edəcək

Azərbaycan, Bakı, 26 oktyabr / Trend, müxbir Y.Kosolapova /

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort Azərbaycana səfəri zamanı regional münaqişələri müzakirə edəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Aİ-nin Azərbaycandakı nümayəndə heyətinin müvəqqəti işlər vəkili Cerom Pons bildirib.

"Lefort Azərbaycana çərşənbə günü gündüz saatlarında iki günlük səfərə gələcək", - Pons deyib.

Onun sözlərinə görə, Lefort Prezident İlham Əliyevlə, millət vəkilləri, Xarici İşlər Nazirliyinin və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşməyi planlaşdırır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti