...

Sabina Freyzer: Yaxın 2 ildə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı irəliləyiş gözlənilmir (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Noyabr 2011 10:32 (UTC +04:00)
Yaxın 2 il ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı bir irəliləyiş gözlənilmir. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Beynəlxalq Böhran Qrupunun proqram direktoru Sabina Freyzer bildirib.
Sabina Freyzer: Yaxın 2 ildə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı irəliləyiş gözlənilmir (ƏLAVƏ OLUNUB)

Beşinci abzasdan sonra Freyzerin sözləri əlavə olunub (ilk xəbər saat 10:24-də yayılıb)

Azərbaycan, Bakı, 4 noyabr / Trend müxbir M.Əliyev/

Yaxın 2 il ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı bir irəliləyiş gözlənilmir. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Beynəlxalq Böhran Qrupunun proqram direktoru Sabina Freyzer bildirib.

"Çünki ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən olan ABŞ, Rusiya və Fransada seçkilər keçiriləcək. Sonra isə Azərbaycanda və Ermənistanda seçkilər keçiriləcək", - Freyzer deyib.

Onun sözlərinə görə, təcrübə göstərir ki, seçki ərəfəsində danışıqlar səngiyir.

"Dünya ictimaiyyəti, o cümlədən həmsədrlər Kazan görüşünə çox ümid bəsləyirdilər. Çox təəssüf ki, bu görüş nəticəsiz keçdi", - Freyzer bildirib.

Onun sözlərinə görə, yüksək səviyyəli görüşlər olmasa da vətəndaş cəmiyyətinin görüşləri labüddür.

Freyzer bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə Türkiyənin töhfə verə bilməsi çox çətin olacaq. Türkiyənin Cənubi Qafqaz regionunda çox böyük rola malik olduğunu deyən proqram direktoru qeyd edib ki, əgər Türkiyə münaqişənin həllinə konkret töhfə vermək istəyirsə, mütləq Ermənistanla əlaqələrini düzəltməlidir.

"Türkiyənin çox maraqlı və səmərəli təklifləri var. Bu ölkənin Ermənistanla sərhədlərinin açılması məsələsi gündəmdədir", - Freyzer əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti