...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Yanvar 2012 10:01 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 11 yanvar / Trend müxbir E.Mehdiyev/

Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri yanvarın 10-da saat 15:10-dan 15:20-dək və 16:05-dən 16:15-dək Ermənistan Respublikasının Berd rayonunun Mososqerx kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi, saat 23:25-dən 23:35-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 10:20-dən 10:40-dək, 23:10-dan 23:30-dək və yanvarın 11-də saat 03:00-dan 03:05-dək Tərtər rayonunun Çaylı, Göyarx və Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti