...

Rusiya xarici işlər nazirinin müavini ABŞ-da Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Yanvar 2012 02:41 (UTC +04:00)
Rusiya xarici işlər nazirinin müavini Qriqoriy Karasin yanvarın 19-da Vaşinqtonda ABŞ dövlət katibinin müavini Uilyam Bernsla Cənubi Qafqaz problemləri, Dnestryanı və Dağlıq Qarabağ münaqişələrinin nizamlanması məsələlərini müzakirə edib. Bu barədə RİA Novosti agentliyi xəbər yayıb.
Rusiya xarici işlər nazirinin müavini ABŞ-da Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edib

Rusiya xarici işlər nazirinin müavini Qriqoriy Karasin cümə axşamı günü Vaşinqtonda ABŞ dövlət katibinin müavini Uilyam Bernsla Cənubi Qafqaz problemləri, Dnestryanı və Dağlıq Qarabağ münaqişələrinin nizamlanması məsələlərini müzakirə edib. Bu barədə RİA Novosti agentliyi xəbər yayıb.

"Konstruktiv ruhda keçirilən görüşdə Cənubi Qafqaz problemləri, Dnestryanı və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərində Rusiya və ABŞ arasında qarşılıqlı fəaliyyət perspektivləri müzakirə olunub", Rusiya XİN-in yaydığı məlumatda bildirilir.

Bununla yanaşı görüşdə iki tərəfi maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Bildirilir ki, həmin gün Karasin Vaşinqtonda Rusiyanın qonşu dövlətlər ilə münasibətləri üzrə bir neçə mütəxəssislə görüşüb.

Bir qədər əvvəl Rusiya XİN-in rəhbəri Serqey Lavrov Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçilik səylərini davam etdirməyi planlaşdırdığını bildirib.

Xəbər lenti

Xəbər lenti