...

Xocalıda həlak olanlara şəhid statusunun verilməsi təklif edilir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Fevral 2012 16:32 (UTC +04:00)
Azərbaycanın millət vəkili Musa Quliyev Milli Məclisin cümə günü keçirilən iclasında Xocalıda həlak olanlara şəhid statusu verilməsi təklifi ilə çıxış edib.
Xocalıda həlak olanlara şəhid statusunun verilməsi təklif edilir

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycanın millət vəkili Musa Quliyev Milli Məclisin cümə günü keçirilən iclasında Xocalıda həlak olanlara şəhid statusu verilməsi təklifi ilə çıxış edib.

Trend-in məlumatına görə, o, Xocalıda həlak olanların Azərbaycanın yeni müstəqillik qazandığı illərdə dünyasını dəyişdiklərini qeyd edib.

Musa Quliyev həmçinin bildirib ki, Xocalı soyqırımının beynəlxalq aləmə çatdırılması üçün vahid sənəd hazırlanmalıdır.

"Bu sahədə gələcək fəaliyyətimizi bir istiqamətdə aparmalıyıq", - o deyib.

Deputat onu da vurğulayıb ki, Milli Məclisin dostluq qrupları, parlamentlərarası işçi qrupları hər il dünyanın bir neçə ölkəsində Xocalı soyqırımı məsələsinin müzakirə olunmasına nail olmalıdır.

Quliyev ümumilikdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsindən danışaraq münaqişənin həllində ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyətini qeyd edib, yeni yolların axtarılmasının zəruriliyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti