...

Avropa Parlamentinin qətnaməsi Azərbaycanın xarici siyasətinin qələbəsidir - politoloq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Aprel 2012 15:48 (UTC +04:00)
Aİ-nin Azərbaycan və Ermənistanla assosiasiyalar haqqında saziş üzrə danışıqlarına dair Avropa Parlamentinin qətnaməsi şübhəsiz ki, Azərbaycan diplomatiyasının ciddi uğurudur.
Avropa Parlamentinin qətnaməsi Azərbaycanın xarici siyasətinin qələbəsidir - politoloq

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir S.Ağayeva/

Aİ-nin Azərbaycan və Ermənistanla assosiasiyalar haqqında saziş üzrə danışıqlarına dair Avropa Parlamentinin qətnaməsi şübhəsiz ki, Azərbaycan diplomatiyasının ciddi uğurudur. Politoloq, Qərb Universitetinin professoru Fikrət Sadıqov belə hesab edir.

"Bu qətnamənin icbari xarakter daşımamasına baxmayaraq, bu fikir Avropa cəmiyyətinin aparıcı dövlətlərinin fikridir. Onlar yenidən Azərbaycanın ərazi bütövlüyünün bərpasının vacibliyini vurğulayaraq Ermənistanı əvvəlki qətnaməni yerinə yetirməyə və işğal edilmiş Azərbaycan ərazilərini azad etməyə çağırırlar. Bu ismarıc qətnamənin bütün mətnində var və bu anlamaq üçün onu sətirlərin arasında oxumaq lazım deyil", - politoloq cümə axşamı Trend-ə deyib.

Avropa Parlamenti "Azərbaycan və Ermənistanla assosiasiya haqqında saziş çərçivəsində Aİ ilə danışıqlar üzrə qətnamə" qəbul edib. Qətnamədə Azərbaycanın ərazi bütövlüyünə ehtiram əks olunub. Bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib.

Qətnamədə qeyd edilir ki, Azərbaycanın işğal edilmiş əraziləri geri qaytarılmayanadək, ərazilər Azərbaycanın nəzarəti altına keçməyənədək, qaçqınlar öz doğma torpaqlarına qayıtmayanadək Avropa İttifaqının "Şərq tərəfdaşılığı" proqramı çərçivəsində Azərbaycan və Ermənistanla assosiasiya haqqında saziş imzalanmayacaq.

Qətnamədə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin Akvil bəyanatının ayrı-ayrı məqamları və Avropa Parlamentinin 20 may 2010-cu il tarixli qətnaməsi öz əksini tapıb.

Sadıqovun sözlərinə görə, bu, Azərbaycan diplomatiyasının aparıcı Avropa dövlətləri tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə başa çatan çox vacib uğurudur.

"Ermənistanın həmişəki kimi yaxasını qurtarmağa və yeni maneələr yaratmağa çalışacağı başqa məsələdir və o çətin ki, ona edilən belə çağırışları yerinə yetirsin", - politoloq qeyd edib.

Onun sözlərinə görə, Ermənistana belə müraciət buna qədər də olub. Aparıcı dövlətlərin rəhbərləri hələ Akvildə G8 sammitində Ermənistanı öz qoşunlarını işğal edilmiş Azərbaycan ərazilərindən çıxarmağa çağırmışdılar.

"Ermənistanı Azərbaycan ərazilərini azad etməyə və öz qoşunlarını çıxarmağa, ağıllanmağa və sivil inkişaf yoluna çıxmağa məcbur edən qətnamələrin və qərarların qəbul ediləcəyi gün uzaqda deyil", - politoloq qeyd edib.

Xəbər lenti

Xəbər lenti