...

Ziyafət Əsgərov: Digər ölkə parlamentlərinin Xocalı soyqırımını tanıması Azərbaycanın xarici siyasətinin uğurudur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Aprel 2012 12:21 (UTC +04:00)
Xarici ölkələrin parlamentlərinin Xocalı faciəsini soyqırım kimi tanıması Azərbaycanın xarici siyasətinin uğurudur.
Ziyafət Əsgərov: Digər ölkə parlamentlərinin Xocalı soyqırımını tanıması Azərbaycanın xarici siyasətinin uğurudur

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir E.Mehdiyev/

Xarici ölkələrin parlamentlərinin Xocalı faciəsini soyqırım kimi tanıması Azərbaycanın xarici siyasətinin uğurudur. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib.

"Kolumbiya Senatında Xocalı soyqırımının tanınmasına dair qərarın qəbulu artıq başda ölkə Prezidenti olmaqla, Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasətin nəticəsidir. Artıq Amerika qitəsi ölkələri də bu məsələyə obyektiv və ədalətlə yanaşmağa başlayıb və bunun davamı gələcək", - Əsgərov bildirib.

Onun sözlərinə görə, Xocalı soyqırımı bəşəriyyətin ən dəhşətli faciələrindən biridir.

"Ermənilər nə qədər bunu pərdələməyə çalışsalar da, mümkün deyil", - Əsgərov qeyd edib.

Xəbər lenti

Xəbər lenti