...

Ermənistan Müdafiə Nazirliyi sərhədyanı insidentlərlə bağlı "dezinformasiyanı yaymamağa" çağırıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Aprel 2012 15:00 (UTC +04:00)
Ermənistan Müdafiə Nazirliyi sərhədyanı insidentlərlə bağlı "dezinformasiya yaymamağa" çağırıb.
Ermənistan Müdafiə Nazirliyi sərhədyanı insidentlərlə bağlı "dezinformasiyanı yaymamağa" çağırıb

Azərbaycan, Bakı, 30 aprel /Trend/

Ermənistan Müdafiə Nazirliyi sərhədyanı insidentlərlə bağlı "dezinformasiya yaymamağa" çağırıb.

"Ölkənin hərbi qüvvələri qoşunların təmas xəttində vəziyyətə nəzarət edir" , - Trend-in Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə bazar ertəsi Ermənistan Müdafiə Nazirliyinin bəyanatında deyilir.

"Bəzi KİV-lər və sosial şəbəkələr öz mənbə və məlumatlarına əsaslanaraq, Ermənistan-Azərbaycan sərhədinin müxtəlif sahələrində baş verən atışmalar, atəşkəs rejiminin pozulması, erməni mövqeləri və yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində ölən və yaralananlar haqqında dezinformasiya yayır. Belə şayiələri yayanlara tövsiyə edirik ki, məlumatların düzgünlüyünü Ermənistan Müdafiə Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr idarəsində yoxlasınlar" , - nazirliyin bəyanatında deyilir.

Xəbər lenti

Xəbər lenti