Azərbaycan, Bakı, 5 may /Trend, müxbir E.Mehdiyev/
Azərbaycan Parlamentinin vitse-spikeri hesab edir ki, həmsədrlərin regiona növbəti səfəri Dağlıq Qarabağ probleminin həlli ilə bağlı aparılan danışıqlar prosesinə stimul verə bilər.
"Həmsədrlərin regiona səfəri danışıqların növbəti mərhələsi kimi qəbul edilə bilər. Mən burada qeyri-adi heç nə gözləmirəm. Amma düşünürəm ki, bu səfər qarşıdakı danışıqlar prosesinə hansısa bir stimul verə bilər", - Trend-in məlumatına görə, bunu şənbə günü jurnalistlərə Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.
Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin gələn həftə Ermənistan və Azərbaycana səfəri nəzərdə tutulur.