...

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttinin bütün istiqamətlərində döyüş davam edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 İyun 2012 10:21 (UTC +04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, cəbhədə vəziyyət gərgin olaraq qalır.
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttinin bütün istiqamətlərində döyüş davam edir

Azərbaycan, Bakı, 7 iyun / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində bütün istiqamətlərdə atəşkəs pozulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, cəbhədə vəziyyət gərgin olaraq qalır.

Ermənistanın silahlı bölmələri iyunun 6-sı saat 08.00-dan bu gün səhərədək qoşunların təmas xəttinin bütün istiqamətlərində atəşkəs rejimini pozublar.

Atışmalar intensiv xarakter alıb və daha çox Qazax, Füzuli, Gədəbəy, Tovuz, Tərtər, Ağdam, Goranboy, Xocavənd, Cəbrayıl, Ağstafa istiqamətlərində qeydə alınıb. Azərbaycan tərəfinin heç bir itkisi və yaralısı olmayıb. Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti