...

ATƏT sədri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə irəliləyişin əldə olunacağına ümid edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 İyun 2012 15:18 (UTC +04:00)
ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər və ticarət naziri Eymon Gilmor ümid edir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Parisdə keçiriləcək qarşıdakı görüşündə Dağlıq Qarabağ üzrə danışıqlarda müəyyən irəliləyiş əldə olunacaq.
ATƏT sədri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə irəliləyişin əldə olunacağına ümid edir

Azərbaycan, Bakı, 12 iyun /Trend/

ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər və ticarət naziri Eymon Gilmor ümid edir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Parisdə keçiriləcək qarşıdakı görüşündə Dağlıq Qarabağ üzrə danışıqlarda müəyyən irəliləyiş əldə olunacaq. Bu barədə Trend "Novosti-Armeniya"ya istinadən məlumat verir.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyunun 18-də Parisdə görüşü planlaşdırılıb.

"Parisdə danışıqlar prosesinə yeni həyat verməyə kömək edəcək görüş keçiriləcək. ATƏT tərəflərə dəstək göstərir - biz həll yolunu düşünüb tapa bilmərik, amma bu prosesə cəlb olunanlara kömək edə bilərik", - Gilmor çərşənbə axşamı Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla birgə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, münaqişə tərəflərinin hərəkətə keçmək, sülh sazişinin əldə olunması üçün vacib olan kompromisə getməyə hazır olmaq vaxtı çatıb.

"İnsanların sülh şəraitində yaşamaları üçün ilk növbədə zorakılığı dayandırmalıyıq. Bunun üçün əsas var. Sülh nizamlanmasının prinsipləri artıq təsdiqlənib, danışıqların aparılması üzrə ATƏT-in Minsk qrupunun mexanizmi var. Biz danışıqlar prosesi sayəsində təmin olunmuş irəliləyişi görməliyik", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti