...

BQXK-nın nümayəndələri Ermənistanda əsirlikdə saxlanılan azərbaycanlı əsirə baş çəkiblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Avqust 2012 09:59 (UTC +04:00)
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ermənistan nümayəndəliyinin əməkdaşları bu ölkədə əsirlikdə saxlanılan azərbaycanlı hərbi əsirə baş çəkiblər.
BQXK-nın nümayəndələri Ermənistanda əsirlikdə saxlanılan azərbaycanlı əsirə baş çəkiblər

Azərbaycan, Bakı, 1 avqust / Trend müxbir K.Zərbalıyeva/

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ermənistan nümayəndəliyinin əməkdaşları bu ölkədə əsirlikdə saxlanılan azərbaycanlı hərbi əsirə baş çəkiblər.

BQXK-nın Azərbaycan nümayəndəliyindən Trend-ə verilən məlumata görə, iyulun 31-də təşkilatın nümayəndələri azərbaycanlı əsirə ailəsindən 1 qızıl xaç məktubu çatdırıb, ondan isə 2 qızıl xaç məktubu alıblar.

Qeyd edək ki, iyulun 26-da Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri 1992-ci il təvəllüdlü Fərəcov Firuz Mirzə oğlu qoşunların təmas xəttinin Tovuz rayonu istiqamətində azaraq Ermənistan silahlı bölmələrinə əsir düşüb.

Xəbər lenti

Xəbər lenti