...

NATO-nun baş katibi: Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə nizamlanmalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Sentyabr 2012 17:21 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə nizamlanmalıdır. Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu cümə axşamı NATO-nun baş katibi Anders Foq Rasmussen Yerevan Dövlət Universitetinin tələbə və müəllim heyəti ilə görüşündə deyib.
NATO-nun baş katibi: Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə nizamlanmalıdır

Azərbaycan, Bakı, 6 sentyabr /Trend/

Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə nizamlanmalıdır. Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu cümə axşamı NATO-nun baş katibi Anders Foq Rasmussen Yerevan Dövlət Universitetinin tələbə və müəllim heyəti ilə görüşündə deyib.

"NATO bir təşkilat kimi Dağlıq Qarabağ münaqişəsinin həlli yolunun axtarışı üzrə prosesə qoşulmayıb. Bu proses ATƏT-in Minsk qrupu çərçivəsində həyata keçirilir. Düşünmürəm ki, münaqişə hərbi yolla nizamlanmalıdır. Regionun xalqlarına xidmət edə biləcək yeganə həll münaqişənin sülh vasitəsilə siyasi həllidir", - Rasmussen qeyd edib.

Onun sözlərinə görə, NATO regionun inkişafında və sülhün bərqərar olmasında maraqlıdır.

Xəbər lenti

Xəbər lenti