...

Ermənistan Silahlı Qüvvələri cəbhənin Goranboy və Xocavənd istiqamətlərində atəşkəsi pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Oktyabr 2012 09:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

Ermənistan Silahlı Qüvvələrinin bölmələri cəbhənin Goranboy və Xocavənd istiqamətlərində atəşkəsi pozublar.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Goranboy rayonunun işğal olunmuş Tapqaraqoyunlu kəndi yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti