...

Türkiyəli millət vəkili: Ermənistanın ağlı varsa, münaqişənin sülh yolu ilə həlli istiqamətində ciddi fəaliyyət göstərsin

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Oktyabr 2012 17:41 (UTC +04:00)
Ermənistan atəşlə oynayır, əgər ağlı varsa, tutduğu destruktiv yoldan əl çəksin və münaqişənin sülh yolu ilə həlli istiqamətində ciddi fəaliyyət göstərsin.
Türkiyəli millət vəkili: Ermənistanın ağlı varsa, münaqişənin sülh yolu ilə həlli istiqamətində ciddi fəaliyyət göstərsin

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir M.Əliyev/

Ermənistan atəşlə oynayır, əgər ağlı varsa, tutduğu destruktiv yoldan əl çəksin və münaqişənin sülh yolu ilə həlli istiqamətində ciddi fəaliyyət göstərsin. Trend-in məlumatına görə, bunu cümə axşamı Bakıda jurnalistlərə açıqlamasında türkiyəli deputat Sinan Oğan deyib.

Onun sözlərinə görə, bu gün Ermənistanda Sarkisyan hakimiyyəti küncə sıxılıb və Xankəndidə aeroport açmaq kimi təxribat xarakterli addımları ilə seçkiöncəsi vəziyyətdən çıxmaq istəyir.

"Bununla da Azərbaycanı təxribata sövq etməyə çalışır. Bu isə çox təhlükəli addımdır. Xankəndi aeroportunun istifadəsinə heç bir beynəlxalq təşkilat icazə verə bilməz və bu, mümkün deyil. Odur ki, Ermənistan konstruktiv mövqeyə gəlməlidir", - Oğan deyib.

Türkiyəli millət vəkili Ermənistanı tez zamanda düz yola qayıtmağa səsləyib.

"Əks təqdirdə Ermənistan böyük ziyan görəcək. Elə düşünməsin ki, işğal etdiyi torpaqlar onun olacaq, bu torpaqlar Azərbaycanındır və o torpaqları qaytaracaq", - bildirib.

Xəbər lenti

Xəbər lenti