...

Mübariz Əhmədoğlu: ATƏT-in Minsk qrupunun vasitəçiliyi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə yardım edən ideyaların məzarlığına çevrilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Oktyabr 2012 12:21 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun vasitəçiliyi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə yardım edən ideyaların məzarlığına çevrilib.
Mübariz Əhmədoğlu: ATƏT-in Minsk qrupunun vasitəçiliyi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə yardım edən ideyaların məzarlığına çevrilib

Azərbaycan, Bakı, 15 oktyabr /Trend müxbir M.Əliyev/

ATƏT-in Minsk qrupunun vasitəçiliyi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə yardım edən ideyaların məzarlığına çevrilib. Bunu bazar ertəsi Trend-ə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru Mübariz Əhmədoğlu deyib.

Politoloq hesab edir ki, ATƏT MQ vasitəçiləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Fransada görüşünü təşkil etməklə Dağlıq Qarabağ münaqişəsində dinc tənzimlənmənin davam etdiyini və vasitəçiliyin onların monopoliyasında qaldığını nümayiş etdirirlər.

"Sanki son 20 ildə baş verənlər, Ermənistanın bir dövlət kimi sıradan çıxmaq ərəfəsində olması, Azərbaycanın güclənməsi, son hərbi insidentlər, Ramil Səfərovla bağlı Ermənistanın yaratdığı hay-küy, Dağlıq Qarabağ münaqişəsinin qonşuluğunda baş verən dəyişikliklər ATƏT MQ-nin fəaliyyətinə heç bir təsir etməyib. ATƏT MQ və Ermənistan bu dəyişiklikləri görmək istəmirlər. Hər halda vasitəçilər baş verən dəyişikliklər tendensiyasının istiqamətini görürlər. Prosesləri monopoliyalarında saxlasalar, yaxın gələcəkdə daha ciddi insidentlər baş verə bilər", - o deyib.

Əhmədoğlu, həmçinin bildirib ki, ATƏT MQ həmsədrləri Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının dialoqu, Dağlıq Qarabağın Azərbaycan və Ermənistan üçün əməkdaşlıq məkanına çevrilməsi ideyalarını və "Xankəndi/Stepanakert" terminini da hesaba almayıb. "Vasitəçilərin yaxından iştirakı ilə Ermənistan konsensus mexanizmindən sui-istifadə edir. ATƏT MQ-də "konsensus" səsvermə mexanizminin "konsensus­ minus bir" mexanizmi ilə əvəzlənməsi ideyası da unudulub. Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycan və Türkiyəni sərbəst yerdəyişmə hüququnu pozmaqda ittiham edir. Vasitəçilər ondan soruşmayıb ki, niyə görə Ağdamın, Füzulinin, Cəbrayılın bir kəndinin əhalisi o biri kəndə "sərbəst yerdəyişmə" edə bilmir", - politoloq deyib.

O qeyd edib ki, "Böyük Sülh Sazişinin" hazırlanması, üç həmsədr dövlətin ATƏT MQ formatını BMT formatına dəyişməsi ideyaları isə ögey ideyalar sırasındadır.

"ATƏT MQ həmsədrlərinin öldürdükləri ideyalar hədsiz çoxdur. Belə istiqamət ATƏT MQ vasitəçiliyinin özünü məzarlığa yönəldir. Xarici işlər nazirlərinin Fransanın təşəbbüsü ilə baş tutacaq görüşü bu prosesi daha da sürətləndirə bilər", - Əhmədoğlu əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti