...

ATƏT-in baş katibi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişin olmamasından narahatdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Oktyabr 2012 08:03 (UTC +04:00)
ATƏT-in baş katibi Lamberto Zannier Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişin olmaması ilə bağlı narahatlığını ifadə edib. Bu barədə Trend Rusiya KİV-ə istinadən məlumat verir.
ATƏT-in baş katibi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişin olmamasından narahatdır

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

ATƏT-in baş katibi Lamberto Zannier Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişin olmaması ilə bağlı narahatlığını ifadə edib. Bu barədə Trend Rusiya KİV-ə istinadən məlumat verir.

"Dağlıq Qarabağa gəlincə, hər kəs irəliləyişin olmaması və yerlərdə vəziyyətin pisləşməsi ilə bağlı narahatdır. Təkcə elə bu il 28 adam öldürülüb. Mən bu narahatlığı şəxsən bölüşürəm. Biz Minsk qrupunun həmsədrləri - Rusiya, Fransa və ABŞ-ın səylərini dəstəkləməkdə davam edirik", - Zannier bildirib.

Baş katibin sözlərinə görə, əgər hər iki tərəfdən danışıqlar yolu ilə sülh razılaşmasının əldə olunması üçün siyasi iradə yoxdursa, o zaman heç bir beynəlxalq səy təsirli ola bilməz.

"Mən bunu Nyu-Yorkda xarici işlər nazirləri ilə bu yaxınlarda keçirilən görüşdə vurğuladım. Danışıqların mahiyyətində dönüş - bu, gərginliyin eskalasiyasının qarşısının alınması və regionda çoxdan gözlənilən təhlükəsizliyin təmin olunmasının tək üsuludur", - Zannier əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti