...

ABŞ səfiri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişə ümid edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Noyabr 2012 11:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbirlər V.Javoronkova, E.Tariverdiyeva/

ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə öz aktivliyini qoruyub saxlayır, amma o, son bir neçə həftə ərzində xüsusilə fəaldır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bildirib.

"Həmsədrlər regiona noyabrda edəcəkləri səfər zamanı Dağlıq Qarabağ münaqişəsi ətrafında irəliləyişə nail olmağa və sülh prosesinin gələcək irəliləyişinə kömək edə bilən addımları müzakirə edəcəklər. Biz ümid edirik ki, irəliləyişə nail olunacaq", - səfir bildirib.

Təşkilatın rəsmi saytında deyilir ki, həmsədrlər noyabrın sonunda regiona səfər edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti